Rixard Vaqner
Mənim həyatım
576
larımın arasında və ciblərimdə gizlətmək qərarına gəldim. Lakin görünür, gömrük
xidmətçisi olan qoca əsgər belə fəndlərlə yaxşı tanış idi. O, corpora delictini kiçik
yol çantamın büzmə qatları arasınan ustalıqla tapıb çıxardı. Çaypulu verib, onu ələ
almağa çalışdım. Pulları götürsə də, məni çuğulladı – buna çox təəccübləndim. Bö-
yük cərimə müqabilində siqarları geri almağa icazə verdilər. Lakin karıxdığımdan
imtina etdim. Eyni zamanda, cərimənin ödənilməsi barədə qəbzi alarkən mənə
verilən Prussiya talerini də gömrük işçisi sakitcə cibinə qoydu. Vaqona əyləşməyə
hazırlaşanda həmin əsgəri bir daha gördüm. O, çörək və pendirlə pivə içirdi. Ona
yenə taler təklif elədim, lakin bu dəfə imtina etdi. Sonralar həmin adamın adı-
nı öyrənməməyimə peşman olmuşdum. O, çox sadiq xidmətçi idi və bu adamı
məmnuniyyətlə öz yanımda işə götürərdim.
4
Zalsburqa çatanda leysan yağırdı. Gecəni burada keçirdim və növbəti gün təyin
olunan yerə – Vyanaya çatdım. Burada hələ İsveçrədən yaxşı tanıdığım Kolaçekin
qonaqpərvərliyindən istifadə etməyə ümid bəsləyirdim. Avstriyada əfv olunduq-
dan sonra Vyanaya ilk gəlişimdə məni ziyarət etmiş və uzun müddətə qayıda-
cağım halda öz mənzilini təklif etmişdi. Kolaçek məni xoşagəlməz mehmanxana
həyatından xilas etmək istəyirdi. Sırf həmin dövrdə mənim üçün böyük əhəmiyyət
kəsb edən iqtisadi motivlərdən onun təklifini həvəslə qəbul etdimvə kiçik yol yükü
ilə vağzaldan birbaşa onun qeyd etdiyi ünvana yola düşdüm. Məlum oldu ki, Vya-
na ilə əlaqəsi olmayan uzaq bir mülkə gəlmişəm. Kolaçek ailəsi ilə birgə Güttel-
dorfdakı bağına köçdüyü üçün evdə heç kəs yox idi. Çətinliklə mənim gəlişimdən
xəbərdar olan qoca xidmətçini axtarıb tapdım. O, istədiyimhalda yerləşə biləcəyim
kiçik otaq göstərdi. Lakin yataq dəstinə və onun xidmətlərinə ümid edə bilməzdim.
Hədsiz məyusluqla şəhərə qayıtdım və xidmətçinin sözlərinə görə, adətən ziyarət
etdiyi Stephansplatz kafesində Kolaçeki gözləməyə başladım. Uzun müddət orada
oturdumvə Kolaçek barədəməlumat almağa çalışdım. Birdən qapıya baxanda içəri
daxil olan Ştandqartneri gördüm. O, bu görüşdən ikiqat təəccüblənmişdi. Belə ki,
Ştandqartner heç vaxt bu kafeni ziyarət etmirdi və yalnız indi tamamilə müstəsna
hal onu bu gün bura gətirib çıxarmışdı. Vəziyyətimdən xəbərdar tutandan sonra
Vyanadan uzaq bir yerdə yaşamaq istədiyimə görə çox təəccübləndi: işlərdə ya-
xından iştirak etməyim üçün şəhərin mərkəzində qalmalı idim, Ştandqartner öz
mənzilini təklif etdi. O, ailəsi ilə altı həftə müddətində evdə olmayacaqdı. Anası
və bacısı ilə həmin evdə qalan yaxşı bir qohumu mənim lazımi xidmətlər, səhər
yeməyi və s. təmin olunmağımın qeydinə qalacaqdı. Mənzil bütünlüklə ixtiyarıma
verilirdi. Ştandqartner təntənəli surətdə məni evinə apardı. Evdə heç kəs yox idi.