579
Rixard Vaqner
Mənim həyatım
Vyanada rastlaşdığım və həmin axşam Andreanın evinə gəlməyi xahiş etdiyim
Tauziq və Korneliusla şəhərə qayıtdım.
Taleyimlə səmimi qəlbdən maraqlanan və həmişə imkan daxilində məni
əyləndirməyə çalışan iki dostumla vaxtımın çox hissəsini keçirirdim. Aristokratik
adətləri peyda olan Tauziq bizdən bir az uzaq gəzirdi. Lakin o da bizimlə birlikdə
xanım Dutsmanın evində olmuşdu. O, tez-tez bizi yayı keçirdiyi Hittsinqə dəvət
edirdi. Onun evində bir neçə dəfə nahar və həmçinin ona veriləcəyi nəzərdə tutu-
lan İzolda rolunun musiqili sınaqları təşkil olunmuşdu. Qadının səsində məlum
mənəvi təlatümləri ötürmək üçün lazım olan elastiklik var idi. Orada “Tristan”ı
yüksək səslə oxudum. Çünki hələ də səbir və entuziazmla bu əsəri səhnələşdirməyə
nail olacağıma ümid edirdim. Hələlik, sadəcə səbir tələb olunurdu. Entuziazm bir
işə yaramırdı. Ander xəstə idi və heç bir həkim nə vaxt səsinə hakim olacağını
təyin edə bilmirdi. Vaxtı bacardığım kimi ötürürdüm və qəfil “Tanhauzer”in Paris
üçün fransız dilində yazılmış yeni səhnəsinin mətnini alman dilinə tərcümə etmək
qərarına gəldim. Bunun üçün Kornelius partituranın pis günə qalmış orijinalının
üzünü köçürməli oldu. Surəti özümə götürsəm də, onda qalan orijinalı unutdum.
Bu cəhdimin nəticəsi barədə sonra danışacam.
7
Əvvəlki vaxtlardan tanıdığımız musiqiçi Vinterberger də bizə qoşuldu. Onu
burada böyük paxıllıq oyadan vəziyyətdə tapmışdım: Listin köhnə tanışı lütfkar
qrafinya Banfinin evində onu gözəl qarşılayırdılar. Bu adam çox rahat şəraitdə,
qayğısız yaşayırdı. Belə ki, təmizürəkli xanım onu hər cür rahatlıqla təmin etməyi
özünə borc bilirdi. Ondan Karl Ritter barədə məlumat aldım. Öyrəndim ki, Ritter
Neapolda fortepiano ustasının evində qalır, yaşamaq və yemək üçün onun uşaq-
larına dərs verir. Əlində olan hər şeyi xərcləyən Vinterberger dostumuz Listin
tövsiyələrini də götürüb sərgüzəşt axtarışında Macarıstana yola düşür. Onun ba-
şına bir çox uğursuzluqlar gəlir və məhz buna görə Ritter mehriban qrafinyanın
evində yaşamaqla mükafatlandırılır. Bu xanımın evində, onun himayədarlığı al-
tında yaşayan gözəl arfa ifaçısı freyleyn Messnerlə də tanış olmuşdum. Qrafinya-
nın tapşırığına əsasən o, arfasını da götürüb bağa yollandı və burada alətinin ar-
xasında oturarkən görünüşü və ifası ilə elə yaxşı təəssürat bağışladı ki, indiyədək
xatirimdə qalıb. Təəssüf ki, onun aləti üçün pyes yazmaqdan imtina edərək qızın
narazılığını qazandım. Onun qürurunu oxşamaqdan qəti şəkildə imtina etdiyimi
görüb bir daha mənə fikir vermədi.
Bu ağır vaxtda qazandığım maraqlı tanışların sırasında Hebbell də vardı.
Bir müddətliyinə Vyananı fəaliyyət məkanım seçməyimdə inanılmaz bir şey ol-