Rixard Vaqner
Mənim həyatım
580
madığından oranın ədəbi məşhurları ilə sıx əlaqələr yaratmağı faydalı hesab edir-
dim. Hebbellə görüşə əvvəlcədən onun dramatik əsərlərini oxuyaraq hazırlaşdım.
Əsərləri yaxşı, yaxın tanışlığımızı isə maraqlı hesab etmək üçün əlimdən gələni
edirdim. Xüsusilə, konsepsiyanın qeyri-təbiiliyi, dəbdəbəli dilin əsasən baya-
ğılığı sayəsində pyeslərini zəif hesab etsəm də, bu məni məqsədimdən döndərə
bilmədi. Onu bir neçə dəfə ziyarət edib qısa söhbətlər aparmışdım: Hebbeldə
qəhrəmanlarının nəfəs aldığı eksentrik güc yox idi. Bu mənə yalnız uzun illər son-
ra Hebbelin sümük yumşalmasından öldüyünü öyrənəndə aydınlaşan xoşagəlməz
təsir bağışladı. Vyanadakı teatr işi barədə söhbətlərdə o, etinasız, lakin işlərini ti-
cari ehtiyatla aparan diletant kimi danışırdı. Ziyarətimi təkrarlamaq istəyi hiss et-
mirdim. Xüsusilə, cavab ziyarəti edib məni evdə tapmayanda yazdığı qeyddən
sonra.
8
Köhnə dostum Haynrix Laube hələ də çoxdan tutduğu saray Burqteatrı-
nın müdiri vəzifəsində idi. O, artıq keçən yaz ilk gəlişimdə məni Vyananın ədəbi
məşhurları ilə tanış etməyi lazım bilmişdi. Kifayət qədər praktik dostum “ədəbi
məşhurlar” deyərkən əsasən jurnalistləri və rəyçiləri nəzərdə tuturdu. Hansliklə
tanışlığı xüsusilə mənim üçün maraqlı hesab edib bir dəfə onu nahara dəvət etdi.
Onunla bir kəlmə belə kəsmədiyimi görüb həddindən artıq təəccübləndi. La-
ube Vyananı bədii-artistik fəaliyyətim üçün arena seçəcəyim halda məni böyük
çətinliklərin gözlədiyini bildirmək üçün səbəb hesab edirdi. Bu dəfə qayıdanda o
məni sadəcə köhnə dost kimi qarşıladı və kefim olanda həvəsli ovçu olduğu üçün
həmişə təzə quş əti ilə bəzəyə bildiyi naharlarını bölüşdürməyi təklif etdi. Lakin
mən bu təklifdən tez-tez istifadə etmirdim. Çünki onun süfrəsində əsasən quru
teatr işləri və münasibətləri ətrafında dönən söhbətlərin ruhu diqqətimi çox cəlb
etmirdi. Aktyorlar və ədəbiyyatçılar nahardan sonra adətən siqar tüstüsünün bu-
ludları arasında istirahət edən Laubenin arvadının rəhbərlik etdiyi masa arxasında
əyləşib qəhvə içir və siqar çəkirdilər. O, əsl teatr müdirinin arvadına çevrilmişdi
və heç nə anlamadığı mövzularda uzun, dəbdəbəli nitqlər söyləməyi özünə borc
bilirdi. Bununla yanaşı, onun əvvəllər də hiss etdiyim xoşqəlbliliyi məni sevindi-
rirdi. Ətrafdakı yaltaqlar etirazlarını bildirməyə ürək etmədiyi vaxt mən tamamilə
utanmadan onun səhvlərinə işarə edəndə o, iradlarımı səmimi şən əhval-ruhiyyə
ilə qəbul edirdi. Onunla və həyat yoldaşı ilə söhbətlərim adətən zarafatlar və at-
macalar şəklində olurdu. Belə ki, onların ciddi söhbətlərinə son dərəcədə laqeyd
idim və buna görə onlar mənə dahi gəvəzə kimi baxırdılar. Sonralar mən Vyanada
konsertlərlə çıxış edəndə xanım Laube dostyana təəccüblə qeyd etmişdi ki, sən