581
Rixard Vaqner
Mənim həyatım
demə , mən pis dirijorluq etmirəm. Bunu isə hansısa qəzetin rəyinə əsasən məndən
heç gözləmirmiş.
Bir cəhətdən Laubenin praktiki məlumatlılığı səmərə verdi: o, məni kral te-
atrlarının idarəsində böyük rol oynayan şəxslərin xarakterləri ilə tanış etdi. Məlum
oldu ki, burada ən vacib sima – saray məsləhətçisi fon Raymonddur. Adətən feld-
marşal nüfuzunu qısqanclıqla qoruyan qoca qraf Lankoronski maliyyə işlərinin
bilicisi kimi tanınan fon Raymondla məsləhətləşməmiş sərbəst qərarlar verə
bilmiridi. Yaxından tanıyanda çox nəzakətsiz biri olduğunu hiss etdiyim Ray-
mond məni alçaltmağa çalışan Vyana mətbuatının təsirinə düşüb “Tristan”ın
səhnələşdirilməsi işində qərarsızlıq və qapalılıq nümayiş etdirməyə başladı.
Rəsmən kamer-frau hersoginya Sofiyanın nəğmə müəllimi olan opera müdiri Salvi
ilə ünsiyyətdə olurdum. Bu bacarıqsız və işdən bixəbər adam mənimlə görüşəndə
özünü elə göstərirdi ki, guya yuxarı dairələrdən aldığı təlimata əsasən “Tristan”ın
səhnələşdirilməsindən başqa qayğısı yoxdur. O, daima mənə rəğbət göstərib özü-
nün qeyri-adi dərəcədə çalışdığını nümayiş etdirərək opera personalının getdikcə
daha şübhəli olan əhvalını gizlətmək istəyirdi.
9
İşlərinnə yerdə olduğunubir dəfə ifaçılarımızla birgəDumb adlı birinin
(
onun
coşqun xeyriyyəçi olduğunu demişdilər)
mülkünə dəvət olunarkən öyrənmişdim. An-
der özü ilə Tristanın partiyasını götürmüşdü. Bununla guya işindən bir gün belə
ayrı qala bilmədiyini göstərmək istəyirdi. Bu xanım Dustmanı hiddətləndirdi və
o, Anderi məni yanıltmaq məqsədi daşıyan riyakar oyunda günahlandırmağa baş-
ladı. O, dedi ki, Ander hamıdan yaxşı bilir ki, bu partiyanı oxumalı olmayacaq
və hər kəs “Tristan”ın səhnələşdirilməsinin qeyri-mümkünlüyünü xanım Duts-
manın boynuna atmaq üçün bəhanə axtarır. Bu zaman hər şeyi yoluna qoymaq
və mənim üçün ən yaxşı şəkildə təşkil etmək üçün Salvi müdaxilə etdi. O, tenor
Valterə müraciət etməyi məsləhət gördü. Mən Valterə simpatiya bəsləmədiyimdən
təklifi rədd edəndə isə o, mənim seçimimə uyğun istənilən xarici artisti dəvət edə
biləcəyini dedi. Həqiqətən, bir neçə sınaq qastrol tamaşaları təşkil olundu. Bunlar-
da daha çox ifaçı Morini ümid verirdi. Əslində, mən elə yorğun və bir məqsədə
nəyin bahasına olursa-olsun operamı səhnələşdirmək – istiqamətlənmiş idim ki,
Korneliusla Donitsettinin “Lüçia”sının tamaşasında iştirak edərkən özüm dostum-
da bu ifaçı barədə yaxşı fikir oyatmağa çalışırdım. Kornelius mənim ümid dolu
baxışlarıma cavab olaraq qəfil qışqırmışdı: “İyrəncdir, iyrəncdir!”. Ondan çıxan
bu nida hər ikimizi qəhqəhəyə boğdu və tezliklə şən əhval-ruhiyyədə teatrı tərk
etdik.