Rixard Vaqner
Mənim həyatım
582
Sonda teatrla əlaqəsi olan bütün şəxslərdən yalnız kapelmeyster Haynrix Es-
serin səmimiliyinə etibar edə bilirdim. O, böyük ciddiyyətlə özü üçün həddindən
artıq çətin olan “Tanhauzer”in öyrənilməsinə başladı. Tenor Volteri seçəcəyim
halda operanın səhnələşdirilməsini görəcəyinə ümidini itirmirdi. Bu ifaçıya
müraciətdən inadla imtina etməyimə rəğmən, Esserlə dostluğumuzu qoruyurduq.
O da mənim kimi gəzməyi sevirdi və biz saatlarla Vyana ətrafında gəzib mənim
böyük entuziazm, onun isə xasiyyətinə uyğun səmimiyyət və ciddiyyət nümayiş
etdirdiyi söhbətlər aparırdıq.
Tanhauzer”in səhnələşdirilməsi məsələsi xroniki xəstəlik kimi uzanandığı
vaxtda – sentyabrın sonunda Ştandqartnerlə ailəsi Vyanaya qayıtdı. Bu vəziyyətlə
bağlı yeni mənzil tapmağa ehtiyacım vardı. “
Kaiserin Elisabeth”
mehmanxana-
sını seçdim. Dostumun ailəsi ilə daimi münasibətlər saxlayırdım. Üstəlik, onun
həyat yoldaşı, üç oğlu və ilk evlilikdən olan qızı, həmçinin, ikinci evliliyindən
olan gənc qızı ilə tanış olmuşdum. Dostlarımın mənzilində keçirdiyim həftələri
düşünərkən Ştandqartnerin qohumu Serafinanın həm tükənməz qayğısı, həm
də ağıllı söhbətləri ilə məni necə məmnun etdiyini kədərlə xatırlayırdım. Yaxşı
bədən quruluşuna və həmişə
a l`enfant
formasında daranmış saçlarına görə onu
gəlincik adlandırmışdım. İndi qaranlıq mehmanxana otağında vəziyyətim daha
çətin idi. Xərclərim də kifayət qədər artmışdı. Braunşveyqdən “Tanhauzer”in
səhnələşdirilməsinə görə yalnız 25 və ya 30 luidor məbləğində teatr qonorarı al-
mışdım. Minnadan isə rəfiqələrinin noyabrın 24-də gümüş toyumuz münasibətilə
gətirdiyi çələngdən qopartdığı güləbətin yarpağı almışdım. Bu bağlamanın acı
iradlarla müşayiət olunduğu məni heç təəccübləndirməmişdi. Onlara cavab ola-
raq Minnaya qızıl toyumuza ümid aşılamağa çalışdım. Bahalı Vyana mehmanxa-
nasında məqsədsiz yaşayanda “Tristan”ın səhnələşdirilməsi üçün əlimdən gələni
edirdik. Drezdenə, Tixaçekə müraciət etdim. Lakin təbii ki, ondan razılıq almadım.
Eyni cəhdi, eyni uğursuzluqla Şnorr üçün də təkrarladım. Onda özümə işlərimin
ağır vəziyyətdə olduğunu etiraf edə bilmirdim.
Bir dəfə Vezendonklara məktub yazanda həqiqəti onlardan gizlətmədim və
onlar cavabında məni əyləndirmək üçün Venetsiyaya gəlməyi təklif etdilər. Belə ki,
özləri də zövq üçün ora gedəcəkdilər.Allah bilir, bir boz noyabr günündə dəmiyolu
ilə Triyestə, oradan da xoşagəlməz gəmi səfəri ilə Venetsiyaya yola düşəndə nəyə
ümid edirdim. “
Danieli
mehmanxanasında otaq götürdüm. Münasibətlərimin
yaxşı olduğu düşünən dostlarım rəsm qalereyalarını gəzərək zövq alırdılar. On-
lar qaranlıq fikirlərimi dağıtmaq ümidi ilə bu məşğuliyyətə məni də cəlb etməyə
çalışırdılar. Deyəsən, onlar mənim Vyanadakı vəziyyətimi anlamaq istəmirdilər.
Ümumiyyətlə, tez-tez hiss etməyə başlamışdım ki, böyük perspektivlər vəd edən
Paris təşəbbüsümün kədərli finalından sonra dostlarım bundan sonrakı uğurları-
ma ümid bəsləmirdilər. Görünür, onlar sakitcə bununla razılaşmışdılar. Hansısa