583
Rixard Vaqner
Mənim həyatım
muzeyi ziyarət ehtimalına qarşı həmişə binoklla gəzən Vezendonk bir dəfə məni
ötən gəlişimdə təkcə çöl üzdən gördüyümAkademiyaya aparmışdı. Laqeydliyimə
baxmayaraq etiraf edim ki, Tisianın “Yüksəliş”inin mənə göstərdiyi güclü təsirlə
əvvəlki daxili gücümün bərpa olduğunu hiss etdim.
Meysterzinger”ləri yazmağa qərar verdim.
10
Köhnə tanışlarım Tessarini və Vezendonkları “
Albergo St. Marco
da sadə
yeməyə dəvət etdim, sonda
Palazzo Giustiniani
dəki köhnə xidmətkarım Luicianı
ziyarət etdim və onun dostluq hissinin dəyişmədiyindən əmin oldum. Darıxdırıcı
dörd gün keçirdikdən sonra dostlarımın təəccübünə səbəb olub qəfil Venetsiyanı
tərk etdim. Dəmiryolu ilə Vyanaya uzun, yorucu səfər etdim. Yalnız mətninin ilk
cızma-qaralarını xatırladığım “Meysterzinger”in musiqi konsepsiyaları gözümün
qarşısından getmirdi. Dərhal “C-dur”uvertürasının böyük hissəsi bütün aydınlığı
ilə doğuldu.
Vyanaya əla əhvalda çatdım. Korneliusa onun üçün Venetsiyadan aldığım
kiçik qondolu göndərərək gəlişimdən xəbərdar etdim. Məktuba mənasız ital-
yan mətninə yazılmış kansonanı da əlavə etdim. O, dərhal “Meysterzingerlər”
üzərində işə başlayacağımı öyrənib sevincdən dəli oldu. Mən Vyanadan gedənə
qədər o, məst vəziyyətdə idi. Ləngimədən dostumu süjetə hakim ola bilməyim
üçün materiallar axtarmağa vadar etdim. Hər şeydən əvvəl, ağlıma Qrimmin
meysterzingerlərin oxuması barədə polemik məqaləsi gəldi. Onu yaxşı tədqiq
etməliydim. Köhnə Vagenzelin Nürnberq salnaməsini tapmaq lazım idi. Korneli-
us mənimlə birlikdə kral kitabxanasına getdi. Dostum orada tapdığımız kitabı evə
aparmaq üçün icazə ala bilmişdi. Dediyinə görə, bu, baron Münx-Bellinhhauzenə
(
Halma)
xoşagəlməz görüşdən sonra mümkün olmuşdu. İndi mehmanxana-
da oturub bu salnamədən çıxarışlar etməyə başlamışdım. Məlumatsız insanları
təəccübləndirərək onları mətn üçün istifadə etməyi bacarmışdıım.
11
Lakin hər şeydən əvvəl, yeni əsərlə məşğul olduğum vaxt ərzində özü-
mü vəsaitlə təmin etməli idim. Maynsdakı musiqi naşiri Şotta müraciət etmək
qərarına gəldim. Yalnız bir şeyə - mümkün qədər uzun müddətə kifayət edəcək
maddi vəsait əldə etməyə səy göstərərək ona 20 000 frank müqabilində əsərimin
nəinki tam ədəbi mülkiyyət, həm də dramatik səhnələşdirmə hüququnu təklif et-