Rixard Vaqner
Mənim həyatım
584
mişdim. Şottun teleqramla göndərilmiş qəti imtinası bütün ümidlərimi puç etdi.
Digər yollar axtarmağa məcbur olub Berlinə müraciət etmək qərarına gəldim.
Mənə həmişə kömək etməyə hazır Bülov xəbər verdi ki, mənim rəhbərliyimlə
əhəmiyyətli qazanc verəcək böyük konsert təşkil etmək mümkündür. Dostlarımın
yanında sığınacaq tapmaq istədiyim üçün Berlin mənim üçün əsl xilas yolu idi.
Getməyə hazırlaşırdım ki, Şott teleqramdan sonra bir məktub göndərdi və qarşım-
da yeni təsəlliverici perspektivlər açdı: o, dərhal “Valkiriya”nın klaviraussuqunu
nəşr etməyi və son hesabları aparanadək 1500 qulden avans təklif edirdi. Korne-
liusun sevinci təsvirolunmaz idi. Ona elə gəlirdi ki, “Meysterzingerlər”in taleyi
təmin olunub. Üstəlik, qəzəbli və kədərli Bülov onun Berlində konsertimi təşkil
etmək cəhdinin çətinliklərlə qarşılaşdığını bildirmişdi. Fon Hülzen mənim Berlinə
gəlişimi qəbul etməyəcəyini elan etmişdi. Krollun böyük restoranında konsert
təşkil etmək planını isə düşünülmüş müzakirə zamanı əlverişsiz iş kimi rədd et-
mişdi.
Ciddi-cəhdlə “Meysterzingerlər”in səhnə konsepsiyasını hazırlayan vaxt
knyaz və knyaginya Metternixlərin gəlişi işlərimə müsbət təsir göstərdi.
Paris himayədarlarım mənə və həyatıma ciddi maraq göstərirdilər. Öz
növbəmdə onlara lütfkarlıq göstərmək üçün teatr rəhbərliyini razı saldım ki, səhər
saatlarında “Tristan”dan bir neçə parça ifa etmək üçün möhtəşəm opera orkestrini
dəvət etməyə izn versin. Həm orkestr, həm də xanım Dutsman mənim istəyimi
yerinə yetirməyə hazır olduqlarını bildirdilər. Bir neçə dostu ilə bərabər dəvət
etdiyim knyaginya Metternixin hüzurunda üç böyük fraqmenti, ilk hissənin gi-
rişini və ikinci pərdənin əvvəlini (
az qala ortayadək
)
ifa etdim. Orkestrlə və solo
partiyaları ifa edən xanım Dustmanla yalnız bir məşq keçir dəyimə baxmayaraq
bu hissələr elə yaxşı ifa olunmuşdular ki, onların əla təsir bağışladığından şübhə
etmirdim. Ander də gəlmişdi. Lakin o, nə bir not bilir, nə də ifa etməyə çalışırdı.
Mənim parlaq dostlarım, hətta bu məşqdə gizli iştirakına təəccübləndiyim birinci
rəqqasə freyleyn Kuki məni məmnunluqlarını bildirən entuziazm dolu ifadələrə
qərq etdilər. Yeni əsərim üzərində işləmək üçün tənhalığa çəkilmək arzumdan
xəbər tutan knyaz və knyaginya Metternixlər bildirdilər ki, mənə Parisdə dinc sı-
ğınacaq təqdim edə bilərlər. Onların geniş oteli tam təchiz olunub və orada sakit
bağa baxan rahat mənzil mənim ixtiyarıma verilə bilər. Mən bir vaxtlar Prussi-
ya səfirliyinin binasında yaşadığım kimi yaşaya bilərdim. Mənim Erarım hələ də
Parisdədir və əgər ilin sonuna gəlsəm, hər şey hazır olacaq. Yalnız işə başlamaq
qalır. Gizlətmədiyim sevinclə və dərin minnətdarlıqla bu nəzakətli təklifi qəbul
etdim. Vyananı münasib şəkildə tərk etmək və Parisə köçmək üçün işlərimi qayda-
ya salmalı idim. Görünür, bu Ştandqartnerin səyləri ilə teatr rəhbərliyi tərəfindən
Tristan”a görə qonorarın bir hissəsinin ödənilməsi təklifi sayəsində mümkün ola-
caqdı. Lakin operanın səhnələşdirilməsindən imtinaya meyl etdiyimi nəzərə ala-