585
Rixard Vaqner
Mənim həyatım
raq yalnız 500 florin alacağım üçün bu təklifi qəti şəkildə rədd etdim. Bu, daima te-
atr rəhbərliyi ilə təmasda olan qəzetlərə guya dəbbə pulu götürməyim barədə yaz-
mağa mane olmadı. Xoşbəxtlikdən, etirazımı bildirib həqiqəti bərpa etdim. Şottla
danışıqlar bir qədər uzanırdı. Belə ki, mən “Valkiriya” ilə bağlı təkliflə razılaşmaq
istəmirdim. Lakin əvvəlki kimi ona “Meysterzingerlər”i təklif edirdim. Nəhayət,
onun əvvəllər “Valkiriya”ya vermək istədiyi 1500 quldeni yeni əsərimin hesabına
ödəməsinə nail oldum. Vekseli alan kimi hazırlaşmağa başladım. Elə bu vaxt knya-
ginya Metternixdən teleqram aldım. Gəlişimi yanvarın 1-dək təxirə salmağımı xa-
hiş edirdi. Vyananı mümkün qədər tez tərk etmək istəyilə planımı dəyişmədim və
hələlik, Şottla müqavilə haqqında son razılığa gəlmək üçün Maynsa yola düşdüm.
Vağzalda vidalaşarkən Saksın məndən öyrəndiyi bir bəndi qulağıma pıçıldamaqla
Kornelius xüsusilə kefimi açdı.
12
Maynsda hələ Parisdə qarşılaşdığım Şott ailəsi ilə yaxından tanış oldum. Yu-
xarıda adını çəkdiyim gənc musiqiçi Veysgeymer onların evlərinin daimi qona-
ğı idi. O, bu yaxınlarda oradakı teatrın kapelmeysteri vəzifəsinə keçmişdi. Digər
gənc adam – hüquqşünas Ştedl bir dəfə nahar vaxtı mənim şənimə qəribə nitq
söyləyib onu ağıllı bir sağlıqla tamamlamışdı. Buna rəğmən, çox qəribə adam ol-
duğunu aşkarladığım Frans Şottla danışıqlar ağır irəliləyirdi. İlk təklifimdə inad-
la israr edirdim. Məqsədim özümü azı iki illik müddətə lazımi vəsaitlə təmin
edərək yeni əsərim üzərində maneəsiz işləməyə nail olmaq idi. Şott təklifimə
mənfi münasibətinə belə haqq qazandırırdı: deyirdi ki, mənim kimi müəlliflə bu
cür al-ver edib müəlliflik və teatr tamaşalarına hüququmuzu əlimizdən almaq
daxili hissiyatına ziddir. O, musiqi naşiridir və başqa heç nə olmaq istəmir. Mən
tələb olunan məbləğdə qonorarın ödənilməsində israr edirdim. Üstəlik, onun
bədii mülkiyyətə görə qonorarın ödənilməsindən qalan hissəsinin qaytarılma-
sına təminatı gələcək tamaşalardan gələn gəlirin girovu şəklində təqdim edir-
dim. Şottu böyük çətinliklə ümumiyyətlə gələcək musiqi kompozisiyalarımın
hesabına əvvəlcədən ödəniş etməyə razı saldım. Bu kombinasiyada ümumilikdə
20 000
frankın mütəmadi ödəniləcəyinə zəmanət tələb edirdim. Mehmanxanaya
ödəniş etdikdən sonra yenidən pula ehtiyacım olduğu üçün Şott mənə Parisə yola
düşməyə veksel verdi. Oradan qrafinya Metternixin mənasını anlamadığım isma-
rıcını almışdım: o, anası qrafinya Sandorun qəfil ölümündən və bununla bağlı ailə
vəziyyətinin dəyişdiyindən xəbər verirdi.