Rixard Vaqner
Mənim həyatım
586
13
Düşünməyə başladım ki, bəlkə də
Karlsrue
də və ya ətraf ərazilərdə daha
uzun müddətə kifayət qədər dinc sığınacaq rolunu oynayacaq sadə mənzil axtar-
maq daha ağıllı çıxış yoludur. Hər il Drezdenə min taler göndərməyə söz verdi-
yim Minnanı dolandırmağın çətinliyini nəzərə alarkən həyat yoldaşımı yanıma
çağırmaq daha ağıllı, əsasən də, daha qənaətli idi. Ondan aldığım və əsasən dost
münasibətində olduğum insanlarla məni dalaşdırmaq məqsədi daşıyan məktub
məni onunla yenidən birləşmək fikrindən daşınmağa, Paris planını qüvvədə sax-
layıb ondan mümkün qədər aralı gəzməyə vadar etdi.
Təxminən dekabrın ortalarında Parisə gəldim və “
Voltaire”
otelində eyniadlı
sahil kənarına baxan pəncərələri olan çox sadə otaq tutdum. Burada yeni işimə
başlamazdan əvvəl fikirlərimi toplayıb knyaginya Metternixin məktubunda bil-
dirdiyi kimi özümü ona təqdim etmək fürsətim olacağı yeni ilədək hamıdan uzaq
yaşamaq niyyətində idim. Metternix ailəsinə yaxın olan Purtalesi və Qatsfeldi pis
vəziyyətdə qoymamaq üçün onların da gözünə görünməmək qərarına gəldim. Elə
bil, heç Parisə gəlməmişdim. Bu dünyaya heç bir dəxli olmayan köhnə tanışlarım
Trüine, Fləkslənd və rəssam Çermakı tapdım. Trüine və atası ilə hər axşam “
Taver-
ne Anglaise”
də şam yeməyində görüşürdüm. Ora hər dəfə qaranlıq düşəndə heç ki-
min məni tanımayacağı vaxtda yollanırdım. Bir dəfə qəzeti açanda qraf Purtalesin
ölümü barədə xəbər oxudum. Kədərim böyük idi və xüsusilə knyaginya Metterni-
xin evinə daha çox diqqət yetirdiyimdən, özümü dəyər verdiyim dostumu ziyarət
etmək məmnuniyyətindən məhrum etdiyim üçün peşman idim. Dərhal Qatsfel-
din yanına getdim. O, kədərli xəbəri təsdiqlədi və qəfil ölümün səbəbini təsvir
etdi. Ölüm, həkimlərin son ana qədər şübhələnmədiyi ürək xəstəliyi nəticəsində
baş vermişdi. Həmin vaxt ondan knyaz Metternixin otelindəki vəziyyətin əslində
nə yerdə olduğunu da öyrəndim. Qrafinya Sandorun ölümü belə nəticə vermişdi:
qrafinya indiyədək ailə maraqlarını nəzərə alıb məşhur macar çılğını olan qrafı qo-
ruyurdu. Lakin daha nəzarətsiz qalmış qrafdan ən inanılmaz hoqqalar gözləmək
olardı. Ona görə Metternixlər onu Parisə gətirib şəxsi nəzarət altında qayğıyla
əhatə etmək qərarına gəlmişdilər. Bu məqsədlə knyaginya tələblərə cavab verən
yeganə otaq kimi mənə ayrılan otağı seçmişdi. Bilirdim ki, Avstriya səfirliyinin
binasına köçməkdən söz gedə bilməzdi. Əlimdən yalnız məni yenidən məşum Pa-
risin ağuşuna atan bəxtimin qəribə oyunları barədə düşünmək gəlirdi.