587
Rixard Vaqner
Mənim həyatım
14
Hələlik “Meysterzingerlər”in mətnini bitirənə qədər “
Voltaire”
otelindəki
çox da bahalı olmayan otaqda qalmaqdan başqa çarəm yox idi. Məsələni müzakirə
etmək, yeni iş üzərində sakitcə işləmək üçün arzuladığım dinc sığınacağı hara-
da axtaracağıma qərar vermək lazım idi. Bu, heç də asan iş olmadı. Adımı, hər
kəsin Paris uğursuzluğum prizmasından baxdığı şəxsiyyətimi duman bürüdü.
Hətta köhnə dostlarım da bu dumanın arasından məni tanıya bilmirdilər. Olliv-
yeni son dəfə ziyarət etdikdən sonra belə şübhəli təəssüratlar yaranmışdı. Ən
azından, yenidən Paris arenasında peyda olmaq məqsədim hamıya hədsiz riskli
görünə bilərdi. Bura qəribə təsadüf nəticəsində gəldiyimi və uzun müddət qal-
mağı düşünmədiyimi izah etməli oldum. Lakin bu aldadıcı təəssüratdan başqa
mən tezliklə ailədə baş verən dəyişiklikləri də sezdim: nənənin ayağı sındığı üçün
yataqda idi. Bu yaşda ayağın sağalması çətin məsələdi. Ollivye onu onsuz da
darısqal olan mənzilində yerləşdirmişdi və biz kiçik otaqda onun yatağının ya-
nında nahara yığışırdıq. Blandinanın yaydan bəri dəyişdiyini, sifətində ciddi və
qəmli ifadənin olduğunu sezmişdim. Mənə elə gəldi ki, o, hamilədir. Emil quru
və səthi şəkildə mənə yararlı olan yeganə məsləhəti verdi: Lindau vəkili vasitəsilə
Tanhauzer”in tərcüməsində guya əməkdaşlıq etməsi ilə bağlı mükafatı xatırlat-
maq üçün müraciət edəndə məktubu Ollivyeyə göstərib nə etməli olduğumu so-
ruşmuşdum. “
Cavab verməyin”
o belə cavab verdi və bu məsləhət həm faydalı,
həm də asan yerinə yetirilən idi. Daha məni buna görə narahat etmirdilər. Ağır
olsa da, daha Ollivyeni narahat etməmək qərarına gəldim. Blandina sağollaşanda
mənə təsviredilməz kədərlə baxdı.
Lakin Çermakla sıx əlaqələrim yaranmışdı. Axşamlar onunla birlikdə Tüi-
rine ailəsi ilə nahar etdiyim “
Taverne Anglaise”
dən başqa, bir o qədər ucuz digər
restoranları da ziyarət edirdim. Adətən oradan əvvəllər qayğılara qərq olduğum
üçün fikir vermədiyim kiçik teatrlardan birinə yola düşürdük. Onlardan ən yaxşısı
Gymnase
imiş. Orada möhtəşəm truppanın ifasında demək olar ki, həmişə yaxşı
pyeslər nümayiş olunurdu. Bu əsərlərdən biri – incə, təsirli birpərdəlik “
Je dine
chez ma mere
xüsusilə yadımda qalmışdı. Həm dəbdəbəli istiqaməti ilə seçilməyən
Theatre du Palais Royal
da, həm də “
Theatre Dejazet
də qoyulan pyeslərdə ildən-ilə
alman publikasını qonaq etdikləri pis və yerli koloritə uğursuz qəsdlərlə hazırlan-
mış farsları gördüm.
Bəzən Fləksləndlərin ailəsi ilə nahar edirdim. Onlar mənim gələcək Paris
uğurlarım barədə məyusluqlarını ifadə etmirdilər. Hələlik, Paris naşirim “Uçan
hollanddiyalı”nın, həmçinin, ilk razılaşmamıza daxil olmadığı üçün 1500 frank
məbləğində kiçik qonorar ödədiyi “Riensi”nin nəşrinə davam edirdi.