Rixard Vaqner
Mənim həyatım
588
İşlərin bərbad vəziyyətdə olmasına rəğmən, Parisdə məni tərk etməyən
və yaddaşımda qalan şən əhvalımın səbəbi “Meysterzingerlər”in mətninin xey-
li irəliləməsi idi. Üstəlik, məxsusi şeirlər və zərbi-məsəllər düşünərkən kağızdan
başımı qalıdırıb mehmanxanının üçüncü mərtəbəsinin pəncərəsindən baxanda
sahilkənarının və çoxsaylı körpülərin üzərindəki hərəkəti, oradan da Tüilri, Luvr
və Ratuşadan o tərəfə açılan mənzərəni görəndə kefim necə açılmasın?
Yeni 1862-ci ilin həlledici günü yetişəndə knyaginya Metternixi ziyarət et-
diyim vaxt ilk pərdə üzərində işi çox irəlilətmişdim. Onun tərəfindən çox təbii
utancaqlıqla qarşılandım. O, ən səmimi sözlərlə məlum vəziyyətləri nəzərə ala-
raq təklifini geri götürəcəyindən məyusluğunu bildirdi. Mən şən halda onu
sakitləşdirməyə çalışdım. Qraf Qatsfelddən xahiş etdim ki, dul qalmış qrafinya
Purtalesin məni qəbul etmək imkanı olan kimi xəbər etsin. Beləcə, yanvar ayı
ərzində “Meysterzingerlər”in mətni üzərində işləməyə davam etdim və onu düz
otuz günə tamamlaya bildim. Saksın reformasiya şərəfinə yazdığı şeirə melodi-
ya Pale-Royalın qalereyalarından keçib “
Taverne Anglaise”
ə gedərkən yaranmışdı.
Trüine artıq məni gözləyirdi. Ondan kağız və karandaş istəyib, melodiyanı sakitcə
zümzümə edərək yazdım. Adətən nahardan sonra atası ilə birlikdə bulvardan “
Fa-
uborg st. Honore”
dəki mənzilinədək yola saldığım Trüine dayanmadan heyranlıqla
qışqırırdı: ”Ürəklərdə bayramdır, əziz müəllimim“
.
15
Lakiniş sonayaxınlaşdıqcaməni sonrakı yaşayışımbarədəqayğılarbürüməyə
başlayırdı. Hələ də Listin Altenburqu tərk etməsilə məhrum olduğum sığınaca-
ğı tapmaq arzusu məni tərk etmirdi. Xatırladım ki, xanım Stritdən atası ilə onun
yanında Brüsseldə uzun müddət qalmaq təklifi almışdım. Bu dəvətə əsaslanıb,
məktubumda mənə qısa müddətliyinə sığınacaq verə bilmək ehtimalını soruşmuş-
dum. O, cavabında demişdi ki, məni rədd etmək məcburiyyətindən məyus olub.
Eyni xahişlə Kozimaya da müraciət etdim və qadının həqiqətən qorxmasına səbəb
oldum. Bu qorxunun səbəbini sonralar Berlini ziyarət edərkən Bülovun həyat
şəraiti ilə tanış olduqdan sonra anladım. Əksinə, Berlində kifayət qədər yaxşı şərait
qurmuş yeznəmiz Avenariusun xahişimə ciddi yanaşması həddən artıq təəccüblü
idi. O, mənə öz yanında qalmağı və bunun necə rahat olduğuna əmin olmağı təklif
etdi. Bacım Sesiliya isə Minna ilə gəlməməyimi xahiş edirdi. Lakin istəsə, onu ya-
xınlıqlarda yerləşdirə bilərdilər. Tərslikdən, bu bədbəxt qadın yenidən bacımın
təhqiramiz münasibəti barədə qəzəbli məktub göndərmişdi: əvvəlki çəkişmələrə
düşmək perspektivi məni elə qorxutdu ki, yeznəmin təklifindən imtina etdim.
Nəhayət, dinc yaşayış yerini Mayns ətrafında, Şottun maliyyə qanadlarının altında