589
Rixard Vaqner
Mənim həyatım
axtarmaq fikrinə gəldim. O, mənə gənc baron fon Qornşteynin bu yerlərdə yerləşən
gözəl mülkü barədə danışmışdı. Münhendə olan barona yazaraq bir müddətliyinə
Reynqaudakı mülkünə köçmək istəyimi bildirməklə ona böyük şərəf verdiyimi
ehtimal edirdim. Lakin o, cavabında buna bənzər bir şeyin mümkünlüyündən belə
qorxduğunu bildirərək məni heyrətləndirmişdi. O zaman birbaşa bir ildən bəri
Parisdə anbarda qalan mebelimizi və ev təsərrüfatını göndərdiyim Maynsa yola
düşməyə qərar verdim. Lakin bu qərarı verib Parisi tərk etməmişdən əvvəl payıma
dözümvə fədakarlığı xatırladan böyük öyüdlər formasında təsəlli düşmüşdü. Mən
xanım Vezendonka vəziyyətim və qayğılarımın predmetini adətən belə şeylərin
şəfqətli dostlara çatdırıldığı ifadələrlə yazdım. O, hələ Venetsiyada olarkən mənə
hədiyyə kimi alınmış kiçik qalay press-papyeni göndərməklə cavab verdi. Onun
üzərində kitabın üzərindəki pəncə ilə müqəddəs Markın işarəti təsvir olunmuşdu
və bu, məni aslana bənzəməyə sövq etməli idi. Qrafinya Purtalesdən ziyarət üçün
izn aldım. Matəm saxlasa da, ağır sınaqdan keçdiyi bir vaxtda mənə olan rəğbətini
ifadə etmək istəyirdi. Hazırda nə işlə məşğul olduğumu bildirəndə isə yeni ope-
ram barədə suallar verməyə başladı. Təəssüflə hazırda onun “Meysterzingerlər”in
şən məzmunu ilə tanış olmağı istəməyəcəyini deyəndə qrafinya nəzakətlə bildir-
di ki, hər şeyə rəğmən, bu musiqini eşitmək istəyir. Qrafinya axşam məni evinə
dəvət etdi. O, hazır poemanı oxuduğum ilk adam idi və qiraət zamanı hər ikimizin
qəhqəhə çəkməyimiz bizə böyük təsir bağışladı.
16
Fevralın 1-də gedəcəyim gün dostlarımQasperini, Çermak və hər iki Trüine-
ni son dəfə mehmanxanaya nahara dəvət etdim. Hamı yüksək əhval-ruhiyyədə idi.
Bunun əsas səbəbi mənim özümün də şən olmağım idi. Hərçənd, heç kim bununla
təzəcə bitirdiyim və Almaniyaya qayıtmaqla bağlı böyük ümidlər bəslədiyim poe-
mamın hansı ortaq nöqtəsinin olduğunu anlamırdı.
Hələ də lazımlı sakit sığınacağa görə narahatlıq keçirərək
Karlsrue
yə yol-
landım. Böyük hersoq ailəsi məni yenə lütfkarlıqla qarşıladı. Gələcək planlarım
barədə soruşdular. Lakin axtardığım sığınacağı
Karlsrue
də tapa biləcəyim barədə
heç bir eyham verilmədi. Böyük hersoqun xərclərimi ödədiyim mənbələr barədə
də narahatlıq keçirdiyinə diqqət yetirmişdim. Özü də səfərlərimə görə xərclərim
artmışdı. Özümü şən göstərərək onu bu baxımdan sakitləşdirməyə çalışdım və
Şottla müqaviləm barədə üstüörtülü söhbət açdım. Bu razılaşmaya əsasən o,
Meysterzingerlər” bitənədək mənə işimə görə avans formasında lazımi məbləği
verməli idi. Deyəsən, bu hersoqu sakitləşdirmişdi. Sonra Alvina Frommandan
öyrəndim ki, guya hersoq mənə pul təklif edərkən ona qarşı nümayiş etdirdiyim