Rixard Vaqner
Mənim həyatım
590
böyük qürura diqqət yetirib. Lakin doğrusu, o vaxt bunu hiss etməmişdim. Yalnız
bir müddət sonra yenidən
Karlsrue
yə qayıtmağım və operalarımdan birini, heç ol-
masa “Loenqrin”i səhnələşdirməyim barədə söhbət olmuşdu.
Maynsa səyahətimi davam etdirirdim. Ora fevralın 4-dəki böyük daşqın vax-
tına gəlib çıxdım. Reyn erkən buz axını nəticəsində heç vaxt olmadığı kimi sahildən
daşmışdı. Az qala həyatımı təhlükəyə ataraq Şottun evinə çatdım. Əvvəlcədən fev-
ralın 5-i axşam Şott üçün “Mesyterzingerlər”in mətnini oxumağa söz vermişdim.
Korneliusdan həmin günə Vyanadan gələcəyinə söz almışdım və yol xərclərini
ödəmək üçün 100 frank göndərmişdim. Cavab almamışdım. Maynsda Reyn kimi
Almaniyanın bütün çayları daşmışdı və dəmiryollarında fasilələr yaranmışdı.
Daha Korneliusun vaxtında gələcəyinə ümid etmirdim. Buna baxmayaraq, qiraətin
başlanğıcını məktubda göstərdiyim dəqiqəyə qədər uzatdım. Həqiqətən, düz saat
yeddidə Kornelius evə daxil oldu. O, xoşagəlməz macəralar yaşamış, hətta yolda
paltosunu da itirmişdi.. Yarıdonmuş halda bir neçə saat əvvəl bacısının evinə çat-
mışdı. Poemanın oxunması hamını yüksək əhval-ruhiyyəyə köklədi. Bircə Kor-
neliusu səhəri gün geri qayıtmaq fikrindən daşındıra bilmədiyimə görə bikef ol-
muşdum. Planının dəqiq yerinə yetirilməsini – Maynsa yalnız “Meysterzingerlər”i
eşitmək üçün gəlmək – bu epizoda özünəməxsus xarakter vermək üçün vacib
hesab edirdi. O, həqiqətən səhəri gün buzlara və axına fikir vermədən Vyanaya
qayıtdı.
17
Razılaşmaya əsasən, Şottla birlikdə mənə mənzil tapmaq üçün Reynin o biri
sahilinə keçdik. Biberixə ümid etsək də, orada uyğun heç nə tapmayıb Visbadeni
də dolandıq. Nəhayət, Biberixdəki “Avropa mehmanxanası”nda dayanıb oradan
axtarışları davam etdirmək qərarına gəldim. Mümkün qədər tənha və istənilən
musiqi ilə təmasdan uzaq yaşamaq məqsədilə düz Reyn sahilində memar Frik-
geferin tikdiyi böyük bağ evində kiçik, lakin mənə çox uyğun otaq tutdum. Ev
əşyalarının Parisdən gəlməsini gözləməli idim. Nəhayət, hər şey gəlib çatdı. Son-
suz çətinliklər və xərclər hesabına əşyalarım gömrüyə çatdırılmışdı və mən yeni
mənzilim üçün lazım olan hər şeyi götürməyə tələsdim.
Ümumiyyətlə, Biberixdə yalnız mənzilin tərtibatı üçün lazımlı şeylər qal-
malı idi. Əşyalarımın çox hissəsini isə Drezdenə arvadımın yanına göndərməyə
qərar vermişdim. Bu barədə Minnanı xəbərdar etdim. O, düzgün qablaşdırıl-
masa, əşyaların zərər görəcəyindən, yaxud bəzi şeylərin ümumiyyətlə it-bata
düşəcəyindən qorxurdu. Royalıma qovuşandan sonra səkkiz gün ərzində yeni
mənzilimdə təzəcə rahatlanmışdım ki, Minna gəldi. Əvvəlcə onun çiçəklənən xa-