591
Rixard Vaqner
Mənim həyatım
rici görünüşünü və praktiki işlərdə tükənməz enerjisini görəndə şad oldum. Hətta
mənə elə gəldi ki, onunla birlikdə yaşasam, daha yaxşı olacaq. Təəssüf ki, bu xoş
əhvalım uzun çəkmədi. Belə ki, köhnə səhnələr yeniləndi. Gömrükdə əşyaları
bölüşdürərkən onun gəlişini gözləmədən özümə yararlı şeyləri götürdüyüm üçün
qəzəbini gizlədə bilmirdi. O, mənə bəzi ev əşyaları verməyi münasib bilib, dörd
dəst bıçaq, qaşıq, çəngəl, bir neçə fincan və nəlbəki saxladı, digər böyük ölçülü
əşyaların yaxşı qablaşdırılmasının qeydinə qaldı və hər şey onun istəklərinə uyğun
yerinə yetiriləndən bir həftə sonra Drezdenə qayıtdı. O, ümid edirdi ki, əlində olan
əşyalarla yaxşı şərait quracaq və məni tezliklə yanına dəvət edəcək. Bu məqsədlə
yüksək hökumət məmurları ilə əlaqələr yaratdı və nazirin mənimlə bağlı əmr
verməsinə nail oldu. Əmrə görə, mən krala amnistiya ilə bağlı formal müraciət
ünvanlamalı idim. Bundan sonra Drezdenə gəlməyimə bir maneə qalmırdı.
Bu işdə hər hansı bir qərar qəbul etməyə tərəddüd edirdim. Minnanın varlı-
ğı onsuz da son dövrlərin əndişələri ilə korlanmış əhvalımı daha da pisləşdirirdi.
Sərt hava, pis sobalar, ev təsərrüfatının idarə olunmasında acizlik, Minnanın təmin
olunması üçün tələbolunangözlənilməzboyükxərclər “
Hotel Voltaire
də işləyərkən
hiss etdiyim yaradıcılıq sevincini öldürürdü. Şott ailəsi məni əyləndirmək üçün
Darmştadta Nimanın iştirakı ilə “Riensi” tamaşasına dəvət etmişdi. Dramştad-
ta çatan kimi vağzalda o vaxtkı nazir fon Dalviq məni lojasına dəvət etmişdi. O,
Böyük hersoqa təhqir kimi görünə biləcək nümayişlərdən çəkinib ağıllı bir qərar
verdi. Məni öz lojasına dəvət edərək elə təəssürat yaradacaqdı ki, guya hersoqun
adından məni auditoriyaya təqdim edir. Bu baxımdan hər şey ədəbli və xoş keç-
di. Mənə Nimanı ən yaxşı rollarından birində nümayiş etdirən tamaşa xüsusilə
maraqlı idi. Onda hansı böyük ixtisarların olunduğunu, əvəzində yəqin ki, Böyük
hersoqun zövqünü oxşamaq üçün baletin ən adi yerlərin təkrar hesabına uzadıl-
dığını görmüşdüm. Dramştadtdan evə yenə Reyn buzlaqlarının üstü ilə qayıtmalı
oldum. Əhvalım bərbad olsa da, evimə rahatlıq gətirmək üçün mənə səhər yeməyi
hazırlamalı olan bir xidmətçi tutdum. Naharımı isə “Avropa mehmanxanası”nda
edirdim.
18
Lakin işə meylim itmədiyindən və narahat olmağa başladığımdan böyük Ba-
den hersoquna bir təklif etdim. Söz vermişdim ki, “Meysterzingerlər”in mətnini
ona oxuyacam. Böyük hersoq şəxsən yazdığı nəzakətli bir teleqramla cavab ver-
mişdi. Martın 7-də
Karlsrue
yə gəldim və Böyük hersoq ailəsinə əlyazmamı oxu-
dum. Qiraət bu məqsəd üçün xüsusi uzaqgörənliklə seçilmiş salonda keçdi. Salon
köhnə dost Pextin tarixi rəsmi ilə bəzənmişdi. Orada Böyük hersoqun əcdadlarına