Rixard Vaqner
Mənim həyatım
592
Faust”un ilk cızmaqaralarını oxuyan gənc Höte təsvir olunmuşdu. Poemam yax-
şı qəbul olunmuşdu və sonda Böyük hersoqinya Poqnerin musiqi xarakteristika-
sı barədə xüsusi rəğbətlə fikir bildirmişdi. Bundan sadə vətəndaşın incəsənətin
inkişafına istənilən knyazdan daha çox səy göstərdiyi faktının etiraf edildiyi
nəticəsini çıxarmaq olardı. Yenidən “Loenqrin”in mənim dirijorluğum altında
səhnələşdirilməsindən söhbət düşdü və bununla bağlı Eduard Devrienlə danışma-
ğım tövsiyə olundu. Bədbəxtlikdən, Devrien “Tanhauzer”in səhnələşdirilməsinə
baxmağı təklif edərək gözümdə ən dəhşətli tərəfdən görünmüşdü. Həmişə
təriflər yağdırdığım dramaturqun pozğun teatr ətalətinə bulaşması məni çox
təəccübləndirmişdi. Tamaşadakı biabırçı səhvlərə görə təəccübümü bildirəndə o,
təkəbbürlü təəssüf ifadə olunmuş daha böyük təəccüblə cavab vermişdi ki, guya
mən teatr işində başqa yolun olmadığını bilərək boş şeylərə görə səs-küy qaldırı-
ram. Buna baxmayaraq qərar verilmişdi ki, gələn yay “Loenqrin” nümunəvi ifada,
Şnorrların iştirakı ilə veriləcək.
Qayıdarkən yaxşı bir komediyanın göstərildiyi Frankfurt teatrını ziyarətim
daha xoş təəssürat bağışlamışdı. Xüsusilə, vyanalı ifaçı Dutsmanın bacısı Frede-
rika Mayer diqqətləri üzərinə cəlb etmişdi. Onun indiyə qədər alman ifaçıların-
da müşahidə etmədiyim zərif oyun tərzi var idi. Şnorrlar və mehmanxana sahibi
ilə məhdudlaşmamaq üçün Biberix ətrafına səpələnmiş insanlar arasında faydalı
tanışlıq imkanlarını götür-qoy etməyə başladım. Artıq Visbadendə Raff ailəsini
ziyarət etmişdim. Veymardan yaxşı tanıdığım Emiliya Genastın bacısı olan xa-
nım Raff Visbaden saray teatrının artisti idi. Deyirdilər ki, o, qeyri-adi qənaəti və
səliqəsi ilə ərinin pis vəziyyətdə olan işlərini xeyli yaxşılaşdırmışdı. Listin qanadı
altında törətdiyi özbaşınalıqlar barədə danışılanlardan eksentrik-dahi şəxsiyyət
kimi təsəvvür etdiyim cənab Raff məni çox məyus etmişdi. Yaxından tanış olduq-
da çox quru, ayıq, ağlı barədə yüksək fikirdə olan, bununla yanaşı geniş dünya
görüşündən məhrum adam gördüm. O, arvadının yaratdığı yüksək maddi rifah
səbəbindən özünə mənə ağıl öyrətməyə və vəziyyətim barədə dost xəbərdarlıqları
etməyə izn vermişdi. Raff dramatik kompozisiyalarda gerçəkliklə uyğunlaşmağı
məsləhət görür, bu zaman “Tristan”ın idealistik fantaziyanın ekstravaqant biçimdə
köklənmiş uydurma olduğuna işarə edirdi. Visbadenədək uzanan gəzintilərim za-
manı həyat yoldaşını ziyarət etsəm də, Raffın özünə böyük laqeydliklə yanaşırdım.
O da məni yaxından tanıdıqca müdrik məsləhətlərini ixtisara saldı və nəhayət,
qarşısında özünü silahsız hiss etdiyi zarafatlarımdan qorxmağa başladı.