593
Rixard Vaqner
Mənim həyatım
19
Biberixdə məni tez-tez ostqofenli zəngin kəndlinin oğlu Vendelin Veysgey-
mer ziyarət edirdi. Atası nə qədər çalışsa da, oğluna musiqini tərgidə bilmirdi.
Onunla çoxdan tanış idim. Vendelin məni atası ilə tanış etməyə çalışır, bununla
da, qocanı seçdiyi musiqi karyerasına meylləndirməyə ümid edirdi. Beləliklə, Ost-
qofen tərəfə də gəzintilər etməyə məcbur oldum. Gənc Veysgeymerin dirijorluq
istedadı ilə Offenbaxın onun idarəsi altında keçən “Orfey”ində tanış ola bildim.
Bu, onun Mayns teatrının təkribindəki asılı vəziyyətdə nail ola biləcəyi ən yüksək
pillə idi. Bu iyrənclikdə iştirak edərkən gənc adama rəğbətimdə bu dərəcədə alçal-
dığımdan dəhşətə gəlir və uzun müddət bunu ona bağışlaya bilmirdim. Özümə
daha yüksək əyləncə təşkil etmək üçün Frankfurta Frederika Mayerə məktub ya-
zıb Kalderonun “İctimai sirr” tamaşasının yenidən nə vaxt səhnəyə qoyulacağını
xəbər verməsini xahiş etdim. Bu tamaşanın elanını çox gec gördüm. Bu işə mara-
ğımdan şad olmuş Frederika komediyanın yəqin ki, tezliklə təkrarlanmayacağını,
lakin yaxın zamanda Kalderonun “
Don Gutierre
əsərinin veriləcəyini yazdı. Bu ta-
maşaya yollandım, maraqlı aktrisa ilə şəxsən tanış oldum. Ümumilikdə, Kaldero-
nun faciəsinin tamaşasından razı qalmağa əsasım var idi. Amma əsas qadın fiqu-
runun ifaçısı yalnız rolunun zərif hissələrinin öhdəsindən gəlirdi, qüdrətli pafosa
isə gücü çatmırdı. Onun tez-tez Maynsda tanışlarının yanında olduğunu öyrənib
fürsət düşəndə Biberixə gəlməsini istədim. Bunu edəcəyinə söz verdi.
Şottun Maynsdakı tanışları üçün təşkil etdiyi böyük ziyafətdə Matilda
Mayerlə xoş tanışlıq yaşadım. Xanım Şottun təbirincə desək, o, “ağlına” görə na-
harda mənə qonşu kimi təyin olunmuşdu. Ağıllı, səbirli, eyni zamanda, dəqiq
mayns” izləri daşıyan özünü təmkinli aparmaq tərzi onu digər insanlardan yaxşı
mənada fərqləndirir, lakin bu zaman heç də gözə girmirdi. Onu ailə mühitində
ziyarət etməyə söz verdim. Bununla da, indiyə qədər heç vaxt qarşılaşmadığım
şəhər idilliyasını gördüm. Ölümündən sonra kiçik var-dövlət qoymuş notariusun
qızı olan Matilda anası, iki xalası və bacısı ilə birlikdə çox darısqal, lakin həddən
artıq səliqəli mənzildə yaşayırdı. Həmişə onun başına iş açan qardaşı isə Parisdə
kommersiya işi üzrə təhsil alırdı. Matilda praktiki ağlı sayəsində bütün işləri özü
aparırdı. Görünür, qalan ailə üzvləri bundan narazı deyildilər. Ehtiyaclara görə
Maynsa yollananda
(
bu isə hər həftə təkrarlanırdı)
onlar məni çox səmimi qəbul edir
və hər dəfə qəlyanaltı yeməyə məcbur edirdilər. Matildanın geniş tanış dairəsi ol-
duğundan – onların arasında Şopenhauerin Maynsda yaşayan yeganə dostu, qoca
bir cənab da var idi – onunla tez-tez digər yerlərdə, məsələn, Visbadendə Raffların
evində rastlaşırdım. O, çox da cavan olmayan rəfiqəsi Luiza Vaqnerlə birgə məni
yarı yoladək ötürürdü. Mən də öz növbəmdə onu Maynsa yola salırdım.