Rixard Vaqner
Mənim həyatım
594
Həzzlərin və Biberix sarayının gözəl parkında gəzintilərin də öz töhfəsini ver-
diyi buna bənzər xoş təəssüratlar arasında ilin yaxşı fəslinin yetişməsi ilə yenidən
işə maraq hiss etdim. Mənzilimin eyvanında oturub doğan günəşin şüaları altın-
da uzanan “qızıl” Maynsa, əzəmətli sularını uzaqlara aparan Reynə baxaraq qəfil
Meysterzingerlər”in girişini aydın şəkildə hiss etdim. Kədərli bir anda o, qarşımda
uzaq xəyal kimi göründü. Dərhal onu indi partiturada olduğu formada yazdım. Ora-
da dramın əsas motivləri böyük dəqiqliklə göstərilib. Sonramətnə uyğunmüşayiətlə
səhnəbəsəhnə işi davam etdirdim. Belə əhvalda Nassau hersoqunu ziyarət etməyə
həvəsləndim. O, mənim qonşum idi və mən parkda gəzintilər zamanı onunla elə çox
qarşılaşırdım ki, özümü təqdim etməyi nəzakətli bir davranış hesab etdim. Təəssüf
ki, onunla söhbət mənə heç nə vermədi: o, çox məhdud, lakin tərbiyəli insan idi.
Daim siqaret çəkdiyi üçün üzr istəyirdi. Onsuz keçinə bilmirmiş. Söhbət zamanı
məlum oldu ki, o, italyan operasına üstünlük verir və bu baxımdan onun ürəyinə
şübhə salmaq istəmədim. Lakin onun rəğbətini qazanmağa çalışarkən gizli məqsəd
güdürdüm. Bu adamın parkın arxa hissəsində, düz çayın yanında köhnə xarici
görünüşə malik kiçik qəsri var idi. Ora mənzərəli xaraba rolunu oynayır və hansısa
heykəltəraşa emalatxana kimi xidmət göstərirdi. Ürəyimdə güclü bir arzu yaran-
mışdı. Bu yarısı dağılmış binanın ömürlük mülkiyyətimə verilməsini istəyirdim.
Çünki ürəyim narahat idi. Yəqin hazırkı mənzilimdə çox qala bilməyəcəkdim.
Məsələ burasında idi ki, kiçik otaqlar tutduğum mərtəbənin əksər hissəsi gələn
yay üçün bir ailəyə kirayələnmişdi. Öyrəndiyimə görə, onlar bura öz royallarını
gətirmək istəyirdilər. Lakin mənə Nassau hersoqunun lütfünə nail olmağı məsləhət
görmürdülər. Belə ki, rütubətli kiçik qəsr mənim üçün heç uyğun məkan deyildi.
20
Haradasa bağçalı tənha ev tapmaq məqsədi ilə uzaq gəzintilərimə davam
edirdim. Belə gəzintilərdə məni Veysgeymerdən başqa tez-tez Şottların evində
şərəfimə uğurlu sağlıq deyən gənc hüquqşünas Ştedl də müşayiət edirdi. O, qəribə
adam idi. Onda dəfərlərlə hiss etdiyim həyəcan məni çox təəccübləndirirdi. Son-
ra məlum oldu ki, bu adam Visbadendə böyük ehtirasla qumar oyununa baş qo-
şur. Ştedl məni dostlarından biri, mahir musiqiçi Şülerlə tanış etdi. Onlarla tez-tez
özüm üçün kiçik qəsr almaq, heç olmasa tapmaq imkanını müzakirə edirdim. Bir
dəfə eyni məqsədlə Bingeni ziyarət etdik. Kifayət qədər hündür qayaya dırma-
şıb orada yerləşən məşhur qədim qalaya qalxdıq. Orada bir vaxtlar imperator IV
Haynrix saxlanılırmış. Onun dördüncü mərtəbəsi tikilinin bütün sahəsini tutan
geniş zaldan ibarət idi. Zalın yeganə pəncərəsi Reynə baxırdı. Bura, mənzil arzu-
larımın idealı kimi görünürdü. Belə ki, pərdələrin köməyi ilə zalı bir neçə otağa