595
Rixard Vaqner
Mənim həyatım
bölər, beləliklə, də özümə ömürlük möhtəşəm sığınacaq təşkil edərdim. Ştedl və
Şüler bu arzunu reallaşdırmağın mümkün olduğunu düşünürdülər. Axı hər ikisi
buranın sahibi ilə tanış idilər. Bir neçə müddət sonra onlar mənə xəbər verdilər
ki, sahib zalı kiçik məbləğ qarşılığında kirayə verməyə hazırdır. Lakin dərhal pla-
nımı yerinə yetirməyin qeyri-mümkünlüyü də qeyd olunmuşdu. Belə ki, heç kəs
mənə xidmət göstərməyə razı olmazdı. Bu yerlərdə quyu yox idi. Yalnız qalanın
dərinliklərində yerləşən sisterndə bulanıq su var. Bu şəraitdə bircə çətinliyin orta-
ya çıxması kifayət idi ki, geniş planlara olan marağım itsin. Reynqauda qraf Şen-
borna məxsus mülklə də eyni uğursuzluğu yaşadım. Bura isə sahibkarı tərəfindən
tamamilə tərk olunduğu üçün diqqətimi cəlb etmişdi. Binada çoxli boş otaq var
idi. Onların arasından ürəyimə yatanı rahatlıqla seçə bilərdim. Lakin idarəçinin bu
məsələ ilə bağlı qrafa göndərdiyi sorğuya rədd cavabı aldım.
21
Həmin vaxt baş verən qəribə hadisə diqqətimi işdən yayındırdı. Frederika
Meyer sözünü tutmuş və bir dəfə Maynsdan rəfiqəsinin müşayiəti ilə qayıdarkən
məni ziyarət etmişdi. O, bir qədər oturub qəribə qorxu hiss etmiş və hamını
dəhşətə gətirərək skarlatinə tutulduğundan şübhələndiyini bildirmişdi. Əslində,
tezliklə onun görünüşü bizi də şübhələndirdi. Ona görə Frederikanı “Avropa
mehmanxanası”na yerləşdirməyə və həkimçağırmağaməcbur olduq. Onun adətən
böyüklərə uşaqlardan keçən xəstəliyi dəqiqliklə təyin etməsi mənə qəribə gəldi.
Lakin onun xəstəliyindən xəbər tutan Frankfurt teatrının müdiri Qauitanın səhəri
gün gəlməsi məni daha çox təəccübləndirmişdi. Onun nümayiş etdirdiyi narahat-
lıq teatr rəhbərinin adi marağına bənzəmirdi. O, Frederikanı qayğıkeş himayəsinə
qəbul edib bu hadisədə iştirakımı xeyli yüngülləşdirdi. Onunla Frankfurtda ope-
ralarımdan birini səhnələşdirmək imkanı barədə qısa söhbət apardım. İkinci gün
isə Quitanın ata qayğısı ilə əhatə etdiyi xəstənin vağzala gətirilməsində iştirak et-
dim. Bundan bir qədər sonra Frankfurt teatrının səhnəsində oynayan məşhur ifaçı
Neyin həyat yoldaşı Bürde məni ziyarət etməyə başladı. Söhbət zamanı Frederika
Meyerin istedadına toxunanda o, bildirdi ki, Frederika çox möhtərəm mövqedə
olan Quaitanın məşuqəsi hesab olunur və yaşadığı ev də Quaitanın hədiyyəsidir.
Quaita mənə bir qədər xoşagəlməz təəssürat bağışladığı üçün bu xəbər məni na-
rahat etdi. Mayın 22-də, axşam doğum günümü qeyd etmək istəyi ilə dəvət təşkil
edəndə Biberix sığınacağımın qonşuluğunda yaşayan digər tanışlarım mənə bö-
yük lütfkarlıq və dost münasibəti göstərdilər. Bacısı və rəfiqəsi ilə gələn Matil-
da Mayer ev sahibəsi rolunu üzərinə götürdü və evimdə çox məhdud sayda qab-
qacaq olmasına rəğmən, vəzifəsinin öhdəsindən böyük məharətlə gəldi.