Rixard Vaqner
Mənim həyatım
596
Lakin tezliklə əhvalım Minna ilə getdikcə daha xoşagəlməz xarakter alan
yazışmalara görə yenidən pozulmağa başladı. Onun Drezdendə daimi yaşama-
sı, lakin eyni zamanda, onu təhqirlərdən xilas etmək istədiyimdən Saksoniyanın
ədliyyə naziri tərəfindən təklif olunan addımı atmağa məcbur qaldım: tam amnis-
tiya almaq üçün xahişlə müraciət etdim və nəhayət, mənə Drezdendə yaşamağa
icazə verdilər. Minna buna əsaslanıb böyük mənzil tutdu, onu ixtiyarında olan
mebellə yaxşıca bəzədi. O, ümid edirdi ki, həmişə olmasa da, hərdənbir bu mənzili
onunla bölüşəcəm. Minnanın bu məqsədlə pul tələblərini etirazsız ödəməliydim.
Yeri gəlmişkən, ona 900 taler göndərmişdim. Lakin mənim davranışım nə
qədər təmkinli idisə, Minna özünü bir o qədər təhqir olunmuş hiss edirdi. Onu
məktublarımın sakit-soyuq tərzi narahat edirdi və köhnə yalançı küsülülüklərə
görə iradlar, kəskin sözlər getdikcə çoxalırdı. Mənə olan sevgisinə görə bu çətin
xasiyyətli qadına müxtəlif yardım göstərən Puzinelliyə müraciət etdim ki, onun
köməkliyi ilə Minnaya bacım Klaranın ən yaxşı vasitə kimi bəhs etdiyi güclü təsirli
dərmanı verim. Dostumdan Minnanı boşanmanın labüdlüyünə inandırmağı-
nı xahiş etdim. Bu tapşırığı ciddiyyətlə yerinə yetirmək Puzinelli üçün asan de-
yildi. O bildirdi ki, Minna çox qorxdu, sonra da boşanmaya razılıq verməkdən
tamamilə imtina etdi. Həmin dəqiqədən etibarən Minnanın davranışı çox dəyişdi:
mənə əziyyət verməyi tərgitdi və görünür, taleyi ilə barışdı. Puzinelli onun ürək
xəstəliyi üçün Reyhenqallda müalicə yazdı. Bunun üçün lazımlı vasitələri tapdım
və Minna yayı ötən il orada müalicə kursu qəbul edən Kozima ilə qarşılaşdığım
yerdə, görünür, kifayət qədər dözülən əhvalda keçirdi.
22
Yenidən fasilə yaradan səbəblər aradan qalxan kimi əvvəlki işimə qayıtdım.
Bu, əylənməyin və hər şeyi unutmağın ən yaxşı üsulu idi. Bir gecə qəribə hadisə
sakitliyimi pozdu. Axşam Poqnerin ”Gözəl Yohannis günü bayramı” müraciətinin
şən mövzusunu və s. cızma qaraladım. Yataqda uzanaraq fikrən onu yarıyuxulu
şəkildə götür-qoy etim. Birdən başımın üstündə səslənən kəskin qadın qəhqəhəsi
məni ayıltdı. Qəhqəhə tədricən çılğınlaşaraq iniltiyə və ulamaya keçdi. Dəhşət
içində yataqdan sıçrayıb əmin oldum ki, səslər xidmətçim Lixhenin otağından
gəlir. Onu isterika tutmuşdu. Sahibin xidmətçisi onun köməyinə gəldi, həkim ça-
ğırdılar. Mən vahimə ilə xəstəyə baxıb onun istənilən an ruhunu təslim edəcəyini
gözlədiyim halda digərlərinin qəribə soyuqqanlılığından və sakitliyindən sarsıl-
dım. Öyrəndim ki, gənc qızlarda bu cür tutmalar tez-tez təkrarlanır. Xüsusilə,
rəqslərdən sonra. Ağır mənzərədən ayrıla bilmədən uzun müddət dayandım
və bu dəhşətli tutmanın bütün qorxulu təzahürlərini müşahidə etdim. Onlar