597
Rixard Vaqner
Mənim həyatım
növbələşirdi: uşaq şənliyi pozğun qəhqəhə ilə əvəzlənirdi. O da öz növbəsində
dəhşətli əzablaraməhkum insanın fəryadına keçirdi. İsterika bir qədər sakitləşəndə
yatağa uzandım və yenidən gözümün qarşısında Poqnerin “İvan günü” canlana-
raq əvvəlki qorxulu təəssüratları dağıtdı.
23
Bir dəfə Visbadendə oyunmasası arxasındamüşahidə etdiyimŞtedli də yazıq
xidmətçiyə bənzətdim. Veysgeymerlə mən kurqauzun bağında sakitcə əyləşib kofe
içirdik. Birdən Ştedl yoxa çıxdı. Veysgeymer onu tapmaq üçün məni oyun masa-
sına apardı. Nadir hallarda bu ehtirasına əsir düşmüş bədbəxt adamın sifətindəki
qədər dəhşətli ifadələr görmək imkanım olmuşdu. Ona da yazıq Lizhen kimi iblis
yerləşmişdi və xalq deyiminə görə, öz oyununu aparırdı. O, dayanmadan uduzur,
heç bir dilə tutmalar, xəbərdarlıqlar onu özünə gəlməyə, özünü ələ almağa kifayət
etmirdi. Gənclik illərində özümün də oyuna olan ehtirasımı xatırlayıb bu barədə
Veysgeymerə danışdım və təklif etdim ki, ona hər şeyin təsadüfdən asılı olduğu-
nu, xoşbəxtliyə etibar etməməli olduğunu göstərək. Masada yeni oyun başlayanda
tam əminliklə 11 nömrənin qazanacağını dedim. Dediyim düzgün çıxdı. Növbəti
oyun üçün 27 nömrəni işarə edərək xoşbəxt təsadüfdən yaranan təəccübə yeni
qida verdim. Məni ətrafdakılardan ekstatik ayrılığın bürüdüyünü xatırlayıram. Bu
nömrə də qalib gəldi. Cavan dostum elə heyrətləndi ki, məni dediyim nömrələrlə
oynamağa razı salmağa çalışdı. Yenə özünəməxsus, sakit əhvalda ona cavab ver-
diyimi xatırlayıram. Dedim ki, nümayiş etdirdiyim bacarıq şəxsi marağımı ortaya
qoyan kimi qüvvəsini itirəcək. Bundan sonra onu oyun masasından araladım və
gözəl qürub işığında birlikdə Biberixə qayıtdıq.
Yazıq Federika Meyer ilə çox xoşagəlməz söhbətlər etmişdik. O, sağaldığı-
nı xəbər verdi və onu ziyarət etməyimi istədi. Belə ki, verdiyi əziyyətlərə görə
üzr istəməyə ehtiyac duyurdu. Həvəslə onun xahişini yerinə yetirdim. Həm də
ki, Frankfurta səfərlər məni əyləndirirdi. Frederika sağalsa da, zəif görünürdü.
Deyəsən, onun barədə yarana biləcək pis təsəvvürlərimi dağıtmağa çalışırdı. O,
özünə qarşı ata qayğısı və zərifliyi nümayiş etdirən Quaita barədə söhbət açdı.
Frederika gənc yaşda bacısı Luiza ilə yollarını ayıraraq ailəsini tərk etmişdi. Frank-
furta gələndə tənha idi və yaşlı Quaitanın himayəsi yerinə düşmüşdü. Təəssüf ki,
bu münasibət ona problemlər yaradır. Xüsusilə, himayədarının ailəsi tərəfindən
təqiblərə məruz qalır. Belə ki, onlar Quaitanın Frederika ilə evlənmək fikrinə
düşdüyündən qorxur və buna görə də ən iyrənc şəkildə qızı gözdən salmağa ça-
lışırdılar. Bunları öyrənəndən sonra bu düşmən münasibətin bəzi təzahürlərinin
gözümdən qaçmadığına diqqətini cəlb etməyi lazım bildim və hətta guya ona