Rixard Vaqner
Mənim həyatım
598
hədiyyə olunan ev barədə şayiəni də çatdırdım. Bu, xəstəlikdən tam sağalmamış
Frederikaya həddindən artıq güclü təsir göstərdi. O, haqqında bu cür şayiələrin ya-
yıldığını ehtimal etsə də, qeyzlənmişdi. O, çoxdan Frankfurt səhnəsini tərk etmək
barədə düşünürdü və indi bu fikrə daha çox yaxınlaşmışdı. Onun sözlərinə inan-
mamağa bir əsas görmürdüm. Belə ki, bundan başqa Quaita həm şəxsiyyəti, həm
də anlaşılmaz davranışı ilə mənə daha müəmmalı göründüyü üçün layiq olmadığı
əzabları yaşayan istedadlı qızın tərəfini tutdum. Ona uzunmüddətli məzuniyyət
götürməyi və həm istirahət, həm də sağlamlığın bərpası üçün Reynə yollanmağı
məsləhət gördüm.
24
EduardDevrienBöyükhersoqdanaldığı təlimataəsasən“Loenqrin”in
Karlsrue-
də nəzərdə tutulan tamaşasına görə mənə müraciət etdi. Bir vaxtlar kor-koranə
dəyər verdiyim bu adam məktubunda “Loenqrin”i ixtisarsız səhnələşdirməyimlə
bağlı xoşagəlməz, lovğa tərzdə irad bildirirdi. O, yazırdı ki, artıq çoxdan partitura-
ları Ritsin Leypsiq tamaşası üçün orkestr partiyalarında etdiyi ixtisarlarla birlikdə
köçürüb və deməli, mənim bərpa etmək istədiyim yerləri böyük səylər bahasına
əvvəlcədən orkestr partiyalarına daxil etməli olacaq. Devrien belə bir tələbi mən
tərəfdən adi qərəz hesab edərdi. Xatırladım ki, “Loenqrin”in uğur qazanmayan və
demək olar ki, heç təkrarlanmayan yeganə tamaşası məhz Leypsiqdə kapelmeyster
Rits tərəfindən keçirilib. Buna baxmayaraq, Ritsi “indiki dövrün” ən yaxşı musiqiçi-
si, Mendelsonun davamçısı hesab edən Devrien
Karlsrue
tamaşası üçün məhz bu va-
riantı seçməyi məqsədəuyğun hesab etmişdi. Qısaca təəccübümü və “Loenqrin”in
səhnələşdirilməsində iştirakdan imtina etdiyimi bildirdim. Buna görə fürsət düşən
kimi Böyük hersoqdan da üzr istəyəcəkdim. Tezliklə öyrəndim ki
,
Karlsrue
Loenqrin” Şnorrların qastrolçu kimi iştirakı ilə nümayiş ediləcək. Məni Şnorr
və onun ifası ilə tanış olmaq istəyi bürüdü. Ona görə heç kimi xəbərdar etmədən
Karlsrue
yə yola düşdüm, Kalivoda vasitəsilə bilet tapdım və tamaşada iştirak etdim.
Təəssüratlarımı, xüsusilə, Şnorra aid olanları nəşr olunmuş “Xatirələrim”də ətraflı
təsvir etmişəm. Onu dərhal sevdim və tamaşadan sonra bir saatlıq söhbət üçün qal-
dığım mehmanxanaya gəlməsini xahiş etdim. Xəstə vəziyyəti barədə o qədər eşit-
mişdim ki, Şnorru belə gec vaxtda, ağır gərginlikldən sonra gümrah və parıldayan
gözlərlə görüb sevindim. Onun normal həyat tərzindən yayınacağından qorxub ta-
nışlığımızı şampanla məhdudlaşdırmağı təklif etdim və o, bu təklifi həvəslə qəbul
etdi. Gecənin xeyli hissəsini canlı əhvalda, söhbətlər edərək keçirdik. Bu söhbətlər
mənə Devrienin xasiyyətini bütünlüklə aydınlaşdırdı. Şnorrun dəvətini qəbul edib
həyat yoldaşı və özü ilə birgə nahar etmək üçün
Karlsrue
də bir gün daha qalmaq