599
Rixard Vaqner
Mənim həyatım
qərarına gəldim.
Karlsrue
də uzunmüddətli qalsam, Böyük hersoqun bundan xəbər
tutacağını bildiyim üçün növbəti gün onun hüzuruna getmək qərarına gəldim.
Mənə nahardan sonra görüş üçün bir saat ayrılmışdı. Nahar vaxtı bu yaxınlarda
böyük istedad və əla məktəb nümayiş etdirən xanım Şnorrdan öyrəndim ki, Dev-
rien “Tristan”ın nəzərdə tutulan tamaşası ilə bağlı məsələdə qəribə davranır. Bun-
dan sonra saraya yollananda sıxılma hissindən tamamilə yaxamı qurtara bilmədim.
Bunu Böyük hersoqunmüraciətindən hiss etmişdim. Böyük hersoqdan həm söz ver-
diyim dirijorluqdan imtina etmək səbəblərimi, həm də Devrienin “Tristan”ın əvvəl
təyin olunmuş səhnələşdirilməsi üçün maneələr yaratdığından şübhələndiyimi
gizlətmədim. Böyük hersoq Devrienin hiyləgər rəftarından onun mənə qarşı səmimi
və dost münasibət bəslədiyini düşündüyü üçün sözlərim son dərəcə pis təsir ba-
ğışladı. Lakin görünür o, mənimlə teatrının müdiri arasında yaradıcı narazılıqlar-
dan söhbət getdiyini düşünürdü və sağollaşarkən bunların yoluna qoyulduğunu
görmək istədiyini bildirdi. Ötəri cavabımda dedim ki, Devrienlə razılığa gəlməyə
ümid etmirəm. Bu zaman Böyük hersoq ciddidən hirsləndi: o, məndən sadiq dost
hesab olunan insana qarşı belə nankorluq edəcəyimi gözləmirdi. Bu irada cavab ola-
raqmülahizələrimi mövcud vəziyyətə uyğun olmayan qeyri-ciddi tonda bildirdiyim
üçün üzr istədim. Böyük hersoq işə diqqət göstərərək mənə yalançı dostum barədə
əsl fikrimi dəqiqliklə ifadə etmək hüququ verdi və buna görə mən ciddi şəkildə bir
daha Devrienlə iş görmək istəmədiyimi deməyi lazım bildim. Böyük hersoq əvvəlki
mehribanlığı ilə cavab verərək qərarımı sarsılmaz hesab etmək istəmədiyini bildirdi.
Üstəlik o, digər tərəfi məni barışmağa sövq edən istiqamətə yönəltmək iqtidarına sa-
hib idi. Mən himayədarımın bununla bağlı bütün cəhdlərini faydasız hesab etdiyim
üçün təəssüfümü bildirib sağollaşdım. Sonradan öyrəndim ki, Böyük hersoqdan
bu söhbəti öyrənən Devrien mənim onun yerinə keçmək istədiyim nəticəsinə gəlib.
Böyük hersoqun mənim ən yeni əsərlərimdən hissələrdən ibarət konsertimlə bağlı
istəyi dəyişilməz qaldı. Bir müddət sonra bu barədə Devrienə rəsmi məktub yazmalı
oldum. Onun məktubu üzərinə tuşlanmış bütün fitnə-fəsadlardan qalib çıxmış in-
san ədası ilə yazılmışdı. Həmçinin sonra o, sonda məni inandırırdı ki, Böyük hersoq
konsertin həyata keçməsini istəyir. Çünki o, öz alicənablığı ilə “işi şəxsiyyətdən ayır-
mağı” bacarır. Bu məktuba sadə rədd cavabı verdim.
25
Bu hadisə barədə çox danışdığım Şnorrlarla yaxın gələcəkdə məni Biberixdə
ziyarət etməkləri üçün sözləşdim. Özüm isə Bülovun söz verdiyi ziyarəti
gözləyərək ora qayıtdım. O, həqiqətən iyulun əvvəlində göründü: iki gün sonra
ardınca gələcək Kozima üçün mənzil axtarmalı idi. Biz görüşə çox şad olduq və