Rixard Vaqner
Mənim həyatım
600
gözəl Reynquda birlikdə keçirdiyimiz vaxtdan hər vəchlə ən müxtəlif gəzintilər
üçün istifadə etməyə çalışırdıq. Birlikdə “Avropa mehmanxanası”nın restoranında
nahar edirdik. Tezliklə Şnorrlar da bura gəldilər. Axşamları musiqiyə həsr edir-
dik. “Meysterzingerlər”in qiraətində burada ötəri dincələn Alvina Fromman da
iştirak edirdi. Son poemamla tanışlıq hər kəsə gözlənilməz təəssürat bağışladı.
Bunun əsas səbəbi o vaxtadək heç vaxt tətbiq etmədiyim, poemaya hopmuş xalq
üslubunun şən ruhu idi. Həmçinin Visbadendə qastrolda olan Dutsman da məni
ziyarət etdi. Təəssüf ki, bacısı Frederikaya onun yaxşı münasibət bəsləmədiyini
hiss etdim. Bu, Frederikanın Frankfurt münasibətlərinə son qoymalı olduğu fik-
rimi möhkəmlətdi. Bülovun yardımı ilə dostlarıma “Meysterzingerlər”in hazır
hissələrini təqdim etmək imkanım olmuşdu. Bundan başqa “Tristan”ın da xeyli
hissəsini keçdik. Üstəlik, Şnorrlar vəzifələrini nə qədər mənimsədiklərini nümayiş
etdirməli idilər. Ümumilikdə qərara gəldim ki, ifanın tam səlisliyi üçün hər iki
əsərdə xeyli çatışmazlıqlar var.
Yay bu yerlərə çoxlu qonaq cəlb etdi. Onların arasında tanışlar da vardı.
Leypsiqli konsertmeyster David öz şagirdi Visbaden vəkilinin oğlu Avqust Vil-
helm ilə birgə gəlmişdi və biz köhnə kompozisiyasından parça ifa edən şverin-
li kapelmeyster Alois Şmittin iştirakı ilə birlikdə musiqi ilə məşğul olurduq. Bir
dəfə digər dostlarıma Şottlar da qoşuldu, əsl musiqi axşamı keçirdik. Şnorr ailəsi
Loenqrin”in üçüncü pərdəsindən sevgi səhnəsini ifa edib bizə böyük zövq bəxş
etmişdilər. Rekelin gözlənilmədən nahar etdiyimiz restoranda peyda olması hamı-
mızı həyəcanlandırdı. O, ömrünün otuz ilini keçirdiyi Valheym həbsxanasından
təzəcə çıxmışdı. Köhnə tanışımda ağarmış saçlardan başqa bir dəyişikliyin olma-
ması məni çox təəccübləndirdi. Öz sözləri ilə desək, elə bil uzun illər büründüyü
qlafdan çıxmışdı. Onun indi hansı işlə məşğul olacağı sualı doğulanda bildirdimki,
yaxşısı budur, böyük Baden hersoqu kimi xeyirxah və azad düşüncəli bir hakimin
yanında faydalı vəzifə axtarsın. O isə heç bir nazirlikdə xidmət edə bilməyəcəyini
düşünürdü. Axı bunun üçün kifayət qədər hüquq bilgisi yox idi. Özü üçün ən
uyğun vəzifənin hansısa islah müəssisəsinə rəhbərlik olduğunu hesab edirdi: belə
müəssisələrin quruluşu ilə dəqiq tanış olmuşdu və onların hansı dəyişikliklərə
ehtiyacı olduğunu bilirdi. Rekel həmin vaxt Frankfurtda keçirilən alman atıcıları
bayramına yollandı. Dostum orada keçirdiyi iztirabların və bunun qarşısında nü-
mayiş etdirdiyi mətanətin şərəfinə ictimai şəkildə təşkil olunmuş alqışlardan qaça
bilməmişdi. Rekel Frankfurtda və ətraf ərazilərdə bir qədər qonaq qaldı.