601
Rixard Vaqner
Mənim həyatım
26
Həmin yay Sezar Villiq adlı bir rəssam məni və yaxın dostlarımı bezdirirdi.
Otto Vezendonk ona mənim portretimi çəkməyi tapşırmışdı. Təəssüf ki, rəssam
simamın xarakterini düzgün tuta bilmirdi. Kozima seanslarda iştirakı ilə onu doğ-
ru yola çəkməyə çalışsa da, profilimi rəssama təqdim etməkdən başqa çarəm yox
idi. Çünki yalnız bu halda müəyyən bənzərliyə nail olmağa ümid var idi. Buna
müyəssər olan rəssam minnətdarlığını bildirmək üçün rəsmin surətini çıxarıb
mənə təqdim etdi. Onu dərhal Drezdenə, Minnaya göndərdim. Rəsm sonra bacım
Luizanın əlinə keçdi. Bu, eybəcər prortret idi. Onu Frankfurtda bir daha rəssamın
sərgisində görməli oldum.
Bir axşam Bülovların və Şnorrların müşayiəti ilə Bingenə xoş bir səfər etdim.
Bingenin qarşısında yerləşən Rüdesgeymə dəyib orada məzuniyyətini keçirən
Frederika Meyer ilə görüşdüm və onu dostlarımla tanış etdim. Xüsusilə, Kozima
bu fövqəladə istedadlı qadına maraq hiss etdi. Açıq havada şərab içərkən tezliklə
hamımız yüksək əhvala kökləndik və bir hadisə əhvalımızı daha da yaxşılaşdır-
dı: son masadan yanımıza əlində dolu badə tutmuş bir cənab yaxınlaşdı. Məlum
oldu ki, o, Berlindən gəlib və buradan keçərkən ayaq saxlayıb. Musiqimin çoşqun
pərəstişkarı özünün və iki dostunun adından məni həddən artıq mədəni şəkildə
salamladı. Onları masamıza dəvət etdik. Tezliklə masaya şampan gəldi. Ecazkar
axşam ayın çıxması ilə əhvalımızın daha çox yüksəlməsinə səbəb oldu. Bu füsun-
kar gəzintidən qayıdanda gecə düşmüşdü. Eyni ruh yüksəkliyi ilə Alvina From-
manın yaşadığı Şlangenbadı da ziyarət etdikdən sonra Rolandsekə yollanmağı
düşünürdük. İlk dayanacağımız Remagendə oldu. Gənc rahibin moizə dediyi
gözəl bir yerdə yerləşən adamlarla dolu kilsəni ziyarət etdik, sonra Reyn sahilində
yemək yeyib yolumuza davam etdik. Rolandsekdə gecələdik və səhər tezdən
Draxenfelsə qalxdıq. Burada kiçik bir uğurlu macəra yaşadıq. Draxenfelsdən dü-
şüb Reynin o biri sahilindəki dəmiryol stansiyasına gələndə içində 100 qulden
olan pul kisəmi itirdiyimin fərqinə vardım. Yəqin, paltomun cibindən düşmüşdü.
Bizə Draxenfelsdə qoşulan iki cənab pulu axtarmaq üçün bu çətin yolu geri qayıt-
mağa hazır olduqlarını bildirdilər. Onlar bir neçə saatdan sonra qayıtdılar və pul
kisəsini mənə qaytardılar. Hər şey yerində idi. Vicdanlı işçilər tapıntılarına görə
mükafatlandırılmışdılar. Macəranın yaxşı sonluqla bitməsi isə ən yaxşı şərabla şən
nahar süfrəsi arxasında qeyd edilməli idi. İllər sonra bu macəranın gözlənilməz
sonluğunu öyrənməli olmuşdum. 1873-cü ildə Kölndə bir restorana daxil olanda
oranın sahibi özünü məni bir vaxtlar Reyn sahilində qonaq edən restoran sahi-
bi kimi təqdim etdi. Həmin 100 quldeni xırdalamaq üçün ona vermişdim. Onun
dediyinə görə, bu pulun başına belə bir iş gəlmişdi: bu hadisədən xəbər tutan bir