Rixard Vaqner
Mənim həyatım
602
ingilis onu ikiqat qiymətə almağa qərar vermişdi. Sahibkar bu barədə eşitmək belə
istəməsə də, kredit biletini güzəştə getmiş və ingilisdən hadisənin danışdığı insan-
ları şampana qonaq etməsini istəmişdi. Xahişi vicdanla yerinə yetirilmişdi.
27
Veysgeymer ailəsinin dəvəti ilə Ostqofen səfərimiz nisbətən uğursuz alın-
mışdı. Bütün günü kənd toyunda bizi süfrədəki yeməklərdən dadmağa məcbur
etdilər, sonra orada bir gecə keçirdik. Şən əhval-ruhiyyəsini qoruyan yeganə
adam Kozima idi. Ondan geri qalmamağa çalışırdım. Çünki Bülovun müxtəlif
problemlər sayəsində üst-üstə yığılan pis əhvalı özünü qəzəb işartıları ilə biruzə
verirdi. Özümüzə gələn dəfə belə bir şeylə qarşılaşmayacağımızla təsəlli verirdik.
Növbəti gün digər səbəblərdən, daha dəqiq desəm, öz vəziyyətimdən irəli gələn
bikefliklə geri qayıtmağa hazırlaşdım. Kozima ərini Vormsa yola düşməyə razı
salmışdı. Qadın onu orada qədim kilsəni ziyarət edərək əyləndirmək istəyirdi. Bü-
lovlar oradan mənim ardımca Biberixə gəldilər.
Visbadendə oyun masasında yaşadığımız kiçik macəra yaddaşıma həkk
olundu. Elə həmin gün operalarımın birinin tamaşa qonorarı kimi mənə 20 lui-
dor göndərmişdilər. Bu kiçik məbləği nəyə sərf edəcəyimi bilmirdim, vəziyyətim
tədricən daha da pisləşirdi. Bunu nəzərə alaraq Kozimadan xahiş etdim ki, pulun
yarısını qumar çarxında bəxtini sınamaq üçün istifadə etsin. Onun bir qızılı o bi-
rinin ardınca oyunun ümumi, səthi şərtlərini bilmədən, dəqiq nömrəni və rəngi
örtmədən bəxtə-bəxt atdığını görüb təəccüblənirdim: qızıllar dayanmadan qumar-
xana xidmətçisinin barmaqları ardında itirdi. Qorxmağa başladım. Qonşu masada
onun bacarıqsızlığını və uğursuzluğunu yoluna qoymaq üçün tələsdim. Qənaət
etmək cəhdində xoşbəxtlik məndən yana idi. Tezliklə dostumun uduzduğu on
luidoru geri qazandım və kefimiz açıldı. “Loenqrin”in Visbadendəki tamaşası
üçün etdiyimiz səfər bu qədər xoş keçmədi. Kifayət qədər məmnunedici formada
ifa edilmiş və bizdə ruh yüksəkliyi yaradan ilk pərdədən sonra tamaşa səhnədə
indiyədək təsəvvür belə etmədiyim təhriflərə məruz qalmağa başladı. Əsəbdən
özümü itirib teatrı tərk etdim. Bu arada Hans arvadının israrı ilə nəzakət xətrinə
orada qaldı və hər ikisi ən azı mənim qədər qəzəblənərək bu işgəncəyə sonadək
dözməli oldular.
Tezliklə öyrəndim ki, knyaz və knyaginya Metternixlər İohannisberqdəki
qəsrə təşrif buyurublar. Hələ də “Meysterzingerlər”i bitirmək üçün lazımi dinc
sığınacaq barədə düşündüyümdən bu boş qəsr barədə fikirləşməyə başladım və
knyazı ziyarət etmək istəyimbarədəməlumatlandırdım. Xahişimə cavab olaraq ora
dəvət edildim. Bülovlar məni dəmiryolu stansiyasına qədər ötürdülər. Nəzakətlə