603
Rixard Vaqner
Mənim həyatım
qəbul edilməyimdən məmnun oldum. Artıq özləri mənim müvəqqəti olaraq
İohannisberqdə yerləşdirilməyimi müzakirə edirdilər və belə nəticəyə gəlmişdilər
ki, kiçik bir otağı və qəsrin idarəçisini ixtiyarıma verə bilərlər. Lakin bununla ya-
naşı qidalanmamın çətinliklərinə diqqətimi cəlb etməyi də lazım bildilər. Knyaz
xüsusilə Vyanada mənim üçün möhkəm mövqe yaratmaq barədə düşünürdü. De-
yirdi ki, növbəti ziyarətində bunun üçün nisbətən uyğun adam hesab etdiyi nazir
Şmerlinqlə danışacaq. Knyazın fikrincə, Şmerlinq məni anlamaq iqtidarında idi və
bəlkə də, imperatorun mənimlə maraqlanmasına vasitəçi ola bilərdi. Növbəti dəfə
Vyanada olanda knyaz tərəfindən tövsiyə edildiyimə tam əminliklə birbaşa Şmer-
linqin yanına gedə bilərdim. Knyaz və knyaginya hersoq sarayından alınan dəvətə
əsasən Visbadenə yollanmalı idilər. Onları oradək ötürdüm və yenidən Bülovlarla
görüşdüm.
28
Şnorrlar iki həftə sonra bizi tərk etdilər, Bülovların da getmək vaxtı yetişmiş-
di. Onları Frankfurtadək yola saldım. Orada Hötenin “Tasso”sunun Listin eyni-
adlı simfonik poemasının ifası ilə başlamalı olan tamaşasında iştirak etmək üçün
iki gün qaldıq. Bu tamaşada məxsusi hisslərlə iştirak edirdik. Şahzadə rolundakı
Frederika Meyer və xüsusilə, Tasso rolundakı Şneyder çox xoşumuza gəlmişdi.
Yalnız Hans kapelmeyster İqnati Laxnerin idarəsi altında Listin əsərinin biabırçı
ifası ilə barışa bilmirdi. Frederikanın bizi tamaşadan əvvəl nəbatat bağının res-
toranında dəvət etdiyi nahara əsrarəngiz Quaita da gəlmişdi. Masa arxasında
gedən söhbətin anlaşılmaz atışmaya çevrilməsinə təəccüblənmişdik. Bunun səbəbi
müəyyən dərəcədə fon Quaitanın çılğın qısqanclığı və Frederikanın ağıllı-istehzalı
müqaviməti ilə izah olunurdu. Lakin o, mənə öz idarəçiliyim altında Frankfurt-
da “Loenqrin”in səhnələşdirilməsini təklif edəndə həyəcanına hakim ola bildi. Bu
layihəni bəyəndim. Bunu Bülovlar və Şnorrlar ilə yenidən görüşmək üçün bəhanə
olaraq görürdüm. Bülovlar gəlməyə söz vermişdilər, Şnorrlardan isə əsas rolların
ifasını öz üzərlərinə götürməyi xahiş etmişdim. Mənə elə gəlirdi ki, bu dəfə yüksək
əhval-ruhiyyədə vidalaşacaqdıq. Lakin Hansın getdikcə artan və ifrat həddə ça-
tan pis əhvalı bəzən mənim çarəsiz ah çəkməyimə səbəb olurdu. Kozima isə bir
il əvvəl Reynehnqallda onda hiss etdiyim cəsarətsizliyindən azad olmuşdu. Bir
dəfə dostlarım üçün “Votanın vidası”nı oxuyanda Kozimanın sifətində bir vaxt-
lar Sürixdə vidalaşarkən gördüyüm ifadəni sezdim. Lakin bu dəfə onun ekstazı
sevinci, aydın xarakter daşıyırdı. Burada sakitlik və sirr vardı. Lakin aramızda ay-
rılmaz bir bağın olduğuna əminlik məni elə ələ almışdı ki, həyəcanımı ifarə etmək
iqtidarında deyildim və bu, özünü qarşısıalınmaz şənlik şəklində biruzə vermişdi.