Rixard Vaqner
Mənim həyatım
604
Frankfurtda Kozimanı açıq meydanla mehmanxanaya yola salanda qəfildən ona
orada olan boş əl arabasına oturmasını və onu beləcə aparmağımı təklif etdim.
O, çox düşünmədən razılaşdı. Özümü itirdim və çılğın planımı yerinə yetirmək
cəsarətim yoxa çıxdı.
29
Biberixə qayıdanda məni ağır qayğılar gözləyirdi. Uzun ləngimələrdən son-
ra Şott mənə maddi yardım göstərməkdən tamamilə imtina etdi. Düzdür, Vya-
nadan gedəndən son günlərədək bütün xərclərimi – Minnanı Drezdendə, özümü
Biberixdə yerləşdirmək, bəzi kreditorları razı salmalı olduğum Parisə getmək və
s. – yalnız naşirin göndərdiyi məbləğdən ödəyirdim. “Meysgterzingerlər”ə görə
aldığım pullarımın yarısını udan çətin başlanğıca rəğmən, qonorarın qalan hissəsi
ilə işimi başa çatdırmağa ümid edirdim. Lakin Şott əvvəlcə musiqi tacirləri ilə he-
sablaşmalı olduğunu bəhanə gətirərək pul göndərişlərini ləngitməyə başladı. Çıxış
yolu axtarmalı idim, çətin vəziyyətdə qalmışdım. Hər şey yaxın vaxt ərzində Şotta
Meysterzingerlər”in heç olmasa bir hazır pərdəsini təqdim edə bilməyimdən asılı
idi. İlk pərdə artıq Poqnerin Valter fon Ştolinqsi Meysterzingerlərə təqdim etdiyi
yerə çatmışdı. Bu, avqustun ortasına təsadüf edirdi. Üstəlik, Bülovların Biberixdə
olması – mənasız bir vəziyyət məni iki ay yaza bilmək imkanından məhrum etdi.
Qaraqabaq ev sahibimzəncirdə it saxlayırdı. Sahibinin etinasızmünasibət bəslədiyi
buldoq Leoya yazığım gəlirdi. Onu gənələrdən təmizləmək istəyirdim. Xidmətçini
çağırdım və başını tutub heyvanın vəhşi görünüşündən qorxan qıza onu daramağı
əmr etdim. İt mənə inansa da, qeyri-ixtiyarı dişlərini sıxıb sağ əlimin baş barmağı-
nın birinci əzələsini dişlədi. Üzdə heç bir yara görünmürdü. Lakin tezliklə məlum
oldu ki, daxili sümüküstü örtük iltihablanıb. Barmağımın istənilən hərəkəti ağ-
rılarla müşayiət olunurdu. Ağrılar getdikcə güclənirdi və mənə barmağım tam
sağalana qədər əllərimi çox gücə salmamaq, xüsusilə də, yazıdan uzaq durmaq
tövsiyə olunmuşdu. Qəzetlər quduz itin hücumuna məruz qaldığımı yazmağa
macal tapsalar da, vəziyyət o qədər də pis deyildi. Bu hadisə məni insanın faniliyi
barədə düşünməyə vadar etdi. Məlum oldu ki, əsər yaratmaq üçün mənə təkcə
sağlam ruh, yaxşı fikirlər və ustalıq yox, həm də lələyi hərəkət etdirə biləcək sağ-
lam barmaq lazımdır. Belə ki, burada söhbət asanlıqla birinə diktə edə biləcəyim
şeirlər yox, yalnız özümün yaza biləcəyim musiqidən gedirdi.
Şotta bir şey təqdim etmək üçün nəğmələr dəftərimi 1000 frank məbləğində
qiymətləndirən Raffın məsləhəti ilə naşirə dostum Vezendonkun şeirlərinə yazdı-
ğımnəğmələri təklif etdim. Bunlar əsasənhəminvaxt beynimdədolaşan“Tristan”ın
motivləri əsasında yazılmışdı. Nəğmələr qəbul olunmuş və nəşr edilmişdi. Lakin