605
Rixard Vaqner
Mənim həyatım
bu, Şottu yumşaltmadı. Kiminsə onu mənə qarşı qoyduğunu ehtimal edirdim. Bu
məsələni aydınlaşdırmaq üçün qəti qərar qəbul edib Şottun müalicə kursu keç-
diyi Kissingenə yollandım. Lakin onunla danışa bilmədim. Otağının qarşısında
qoruyucu mələk kimi dayanmış xanım Şott bəyan etdi ki, qaraciyər xəstəliyi tut-
masından sonra əri heç kimi qəbul etmir. Mən də elə bunu öyrənmək istəyirdim.
Varlı atasına arxalanıb mənə xeyirxahlıq göstərən gənc Veysgeymerin vasitəsilə
bir qədər pul tapıb bundan sonra nə edəcəyimi düşünməyə başladım. Daha Şot-
ta etibar edə bilməzdim və deməli, bundan sonra sakitcə “Meysterzingerlər”in
üzərində işləməyə ümid bəsləməməli idim.
30
Belə şəraitdə Vyana operasının rəhbərliyindən “Tristan”ı səhnələşdirmək
üçün qəfil formal təklif aldım. Mənə xəbər verirdilər ki, Ander tam sağaldığı üçün
bütün çətinliklər aradan qalxıb. Bu məni həqiqətən təəccübləndirdi. Bir qədər
araşdırma aparıb Vyanada mənə münasibətin dəyişməsinin səbəblərini öyrəndim.
İzolda partiyasını çox bəyənən xanım Luiza Dutsman oradan getməzdən əvvəl
mənim yolumdakı əsas maneəni aradan qaldırmaq qərarına gəlmişdi. O, məni
yenidən Hanslikə təqdim etmək üçün bir axşam evinə dəvət etdi. Luiza bilirdi
ki, bu cənabı mənim xeyrimə yönəltmədən Vyanada uğur qazanmağıma ümid
etmək olmaz. Həmin axşam kefim yaxşı olduğundan Hanslik məni söhbət üçün
bir kənara çəkənədək ona tanımadığım adam kimi yanaşmağı bacarmışdım. O,
göz yaşları və ah-nalə ilə məni inandırmağa başladı ki, daha mənim özünə qarşı
layiq görmədiyi etinasız münasibətimə dözə bilmir. Barəmdəki mülahizələrində
qəribə hesab etdiyi məqamlar pis niyyətdən yox, yalnız fərdi məhdudluğundan
irəli gəlir və o, məndən anlayışının sərhədlərini genişləndirəcək təlimatlar al-
mağı hər şeydən çox istəyir. Bu bəyanatlar daxili həyəcan dəlilləri ilə müşayiət
olunurdu və onu sakitləşdirib, bundan sonrakı fəaliyyətinə maraq göstərəcəyimi
bildirməkdən başqa çarəm qalmırdı. Həqiqətən, hələ Vyanadan getməmişdən
əvvəl öyrəndim ki, Hanslik tanışlar arasında mənimlə və nəzakətli rəftarımla
bağlı gözəl ifadələr işlədirmiş. Bu dəyişiklik nəinki opera artistlərinə, hətta ober-
qofmeysterin məsləhətçisi Raymonda da təsir göstərmişdi. Nəhayət, “Tristan”ın
səhnələşdirilməsi Vyana üçün şərəf məsələsinə çevrildi. Yenidən dəvət olunmağı-
mın səbəbi bu idi.
Eyni zamanda, Leypsiqə yollanmış Veysgeymer yazırdı ki, əgər onu
Meysterzingerlər”in yeni yazdığım girişi və “Tanhauzer”in uvertürası ilə
dəstəkləməyə razı olsam, orada yaxşı konsert keçirməyi planlaşdırır. Onun
fikrincə, belə proqram hamının diqqətini cəlb edəcəkdi və elə buna görə biletlərin