Rixard Vaqner
Mənim həyatım
606
qiymətini qaldırmaq da mümkün idi. Veysgeymer şübhə etmirdi ki, biletlərin sa-
tışından sonra bütün xərclər ödənəndə mənim xeyrimə böyük məbləğ qalacaq.
Digər tərəfdən, Şnorrlar iştirakdan imtina etsələr də, Quaitaya verdiyim Frank-
furtda “Loenqrin”i səhnələşdirmək vədindən dönə bilmirdim. Vəziyyəti ölçüb-
biçəndən sonra “Meysterzingerlər”i bir kənara qoyub digər tədbirlərdən pul yığ-
maq, gələn yaz Şottun kefindən asılı olmayaraq yarıda qoyduğum işi tamamla-
maq qərarına gəldim. Biberixdə tələblərimə cavab verən mənzili də hələlik özüm
üçün saxlamağa qərar verdim. Minna çarpayı və alışdığım digər şeyləri istəyirdi.
Ziyarətinə gələndə mənim hər şeyi “lazımi qaydada” tapmağımı arzulayırdı. Ay-
rılığı asanlaşdırmaq üçün tələb etdiyi şeyləri göndərdim. Reyndəki mənzilimi isə
mənə uzunmüddətli kredit açan Visbadendəki mebel fabrikantının köməyi ilə
yenidən qurdum.
31
Sentyabrın sonunda “Loenqrin”in məşqlərinə başlamaq üçün bir həftəliyinə
Frankfurta yola düşdüm. Burada özümdə bir neçə dəfə müşahidə etdiyim şey
təkrarlandı. Opera heyəti ilə ilk təmasdan sonra bu təşəbbüsdən əl çəkmək
istəyi yarandı. Lakin sonra mənə ünvanlanan xahişlər nəticəsində əhvalımda
dəyişiklik baş verdi. Hətta operanın pis ifa və təhriflər olmadan, düzgün tepmlər,
səhnələşdirmə ilə necə təsir bağışlaya biləcəyi ilə maraqlanmağa başladım. Lakin
yalnız Frederika Meyer musiqinin verə biləcəyini tam mənası ilə hiss edirdi. Ta-
maşaçıların adi “fəallığında” da çatışmazlıq yox idi. Lakin sonra mənə çatdırdılar
ki, Frankfurtda həddindən artıq populyar olan İqnati Laxnerin – miskin dirijor və
musiqiçinin - rəhbərliyi altında keçən növbəti tamaşalar o qədər narazılığa səbəb
olmuşdu ki, operanı repertuarda saxlamaq üçün təhriflərə əl atmalı olmuşdular.
Bu mənə daha da pis təsir etdi. Hətta gözlədiyimin əksinə Bülovlar da ta-
maşaya gəlmədilər. Öyrəndim ki, Kozima tələsik yanımdan ötüb, Parisdə davamlı
iztirablar içində gündən-günə sönən, indi isə daha bir zərbə ilə sarsılan nənəsini
dəstəkləməyə gedib: Blandina, Sen-Tropezdə doğuş vaxtı dünyasını dəyişmişdi.
İlin sərt fəsli gəldi və mən bir müddətliyinə Biberixdəki mənzilimə qapandım.
Barmağımı qorumalı olsam da, “Meysterzingerlər”in hazır kompozisiyasından
bəzi parçaları konsertlər üçün uyğunlaşdıra bilmişdim. Dərhal girişi Leypsiqə,
Veysgeymerə köçürülmək üçün göndərdikdən sonra orkestr üçün “Poqnerin
müraciəti” ilə “Meysterzingerlərin yığıncağı”nı hazırladım.
Oktyabrın sonunda Leypsiqə yola düşə bilərdim. Həmin səfər zamanı ba-
şıma gələn gözlənilməz macəra nəticəsində yenidən Vartburqu ziyarət etməli ol-
dum. Bir neçə dəqiqəliyinə platformaya çıxdığım Eyzenaxda qatar mən vaqona