607
Rixard Vaqner
Mənim həyatım
minməmişdən əvvəl yerindən tərpəndi. İnstinktiv olaraq qatarın arxasınca qaçıb
konduktora qışqırmağa başladım. Təbii ki, o, qatarı mənə görə saxlaya bilməzdi.
Hansısa şahzadənin gedişi vağzalda çoxlu tamaşaçı kütləsi yığmışdı. Macəram on-
ları xeyli güldürdü. Uğursuzluğumun həqiqətənmi onlara zövq verdiyini soruş-
dum. Kimsə “hə, zövq alırıq” dedi. Bu hadisədən belə nəticəyə gəldim ki, alman
tamaşaçılarını yalnız pis vəziyyətə düşərək güldürmək olar. Növbəti qatar beş
saat sonra yola çıxırdı. Yanında qalacağım yeznəm Herman Brokhauza teleqramla
gecikəcəyimi bildirib özünü bələdçi kimi təqdim edən bir adamla Vartburq qəsrinə
yollandım. Böyük hersoqun qəsrdə apardığı nisbi restavrasiya işlərinə, Şvindin
rəsmləri ilə dolu zala baxdım. Hər ikisinə laqeyd qaldım və Eyzenax sakinlərinin
əyləncə məkanının restoranına qayıtdım. Burada bir neçə şəhərli xanım corab
toxuyurdu. Böyük Veymar hersoqu məni inandırırdı ki, “Tanhauzer” Türingiya
əhalisi arasında məşhurdur. Lakin nə məkan sahibi, nə də bələdçi məni tanıyırdı.
Buna baxmayaraq, gəlmələr üçün kitabda tam adımı yazdım və vağzalda qarşılaş-
dığım xoş münasibətdən bəhs etdim. Bunun xüsusi diqqət cəlb etməsi barədə heç
nə eşitmədim.
32
Xeyli qocalmış və kökəlmiş Herman Brokhauz gecə vaxtı məni sevinclə qar-
şıladı. O, məni evinə apardı. Ottiliya dostlarının əhatəsində idi. Məni çox mehriban
qarşıladılar. Danışmağa sözümüz var idi və yeznəmin bu söhbətlərdə yüksək əhval-
ruhiyyə ilə iştirak etməsi bizə də belə təsir etmişdi. Səhərədək oturduq. Mənim
Veysgeymer adlı tanınmamış gənc bəstəkarla çıxışım bəzi şübhələr doğurmuşdu.
Əslində, proqram əksərən onun kompozisiyalarından, həmçinin təzəlikcə bitirdi-
yi “Toqqsnburq cəngavəri” simfonik poemasından təşkil olunmuşdu. Məşqlərdə
işitirak edərkən bir az yaxşı vəziyyətdə olsam, bu proqramın bütünlüklə yerinə
yetirilməsinə qarşı çıxardım. Lakin konsert zalında keçirdiyim saatlar yenidən gö-
rüşdüyümüz Bülovların iştirakı sayəsində ömrümün ən intim, ən xoş xatirələri ola-
raq qaldı. Məsələ burasında idi ki, Hans mənimlə birlikdə Veysgeymerin debütü-
nü işıqlandırmağa, Listin yeni fortepiano konserti ilə çıxış etməyə qərar vermişdi.
Leypsiq Gevandhaus
unun tanış zalı və hələ özümü təqdim etməli olduğum yad or-
kestr musiqiçilərinin salamlaması heç xoş təsir bağışlamadı. Lakin qəfil özümü ətraf
mühitdən qopmuş hiss etdim. Zalın uzaq küncündə Kozimanı gördüm. O, dərin
matəm içində solsa da, mənə gülümsədi. Sağalmaz xəstəliyə düçar olmuş nənəsinin
yanından təzə qayıdan, ürəyində bacının qəfil ölümünün kədərini daşıyan Kozima
mənə başqa dünyadan gəlmiş xəyal kimi göründü. Ürəklərimizə hakim kəsilən şey
o qədər dərin və ciddi idi ki, yalnız görüşdən duyduğumuz hədsiz sevinc təhlükəli