Rixard Vaqner
Mənim həyatım
608
uçurumlardan yan keçməyimizə kömək oldu. Məşqlərdə baş verənlər isə bizi uşaq-
lar kimi əyləndirən kölgə oyununa bənzəyirdi. Bizim kimi əla əhvalda olan Hans da
hamımız özümüzü Don Kixotun macəralarından birinin iştirakçısı kimi hiss edir-
dik – diqqətimi bizdən uzaqda oturan, deyəsən, mənim salamlaşmağımı gözləyən
Brendelə çəkdi. Bu, bir qədər gərginlik yaratdı və mən onu tanımazlıqdan gələrək
bu vəziyyəti dəstəkləmək istədim. Yazıq elə məyus olmuşdu ki, bu qəbahətimi xatır-
layıb “Musiqidə yəhudilik” məqaləsinin müzakirəsi zamanı Brendelin xidmətlərini
xüsusi qeyd etməyə və bununla da, o vaxt artıq çoxdan dünyasını dəyişmiş bəstəkar
qarşısında günahımı yumağa çalışırdım. Aleksandr Ritterin qardaşım qızı Fransis-
ka ilə gəlməsi də Veysgeymerin kompozisiyalarının eybəcərliyindən qidalanan şən
əhvalımıza yaxşı təsir etdi. Artıq “Meysterzingerlər”in mətni ilə tanış olan Ritter
Toqqenburq cəngavəri”ndəki basların melanxolik, çox qarışıq melodiyasını “ros-
somaxanın tonu” ilə müqayisə etdi. Əgər “Meysterzingerlər”in girişinin uğurlu
ifası və Listin fortepiano konsertini möhtəşəm şəkildə yerinə yetirməsi olmasaydı,
bu ruh yüksəkliyi tükənərdi. Konserti müşayiət edən şərtlər ümumilikdə tədbirin
fantastik xarakterini təsdiqləyirdi. Biz bunu əvvəlcədən hiss etmişdik. Leypsiq au-
ditoriyasının konsertdə iştirak etməməsi Veysgeymeri dəhşətə gətirmişdi. Yəqin ki,
bu abunəli konsertlərin təşkilatçılarının əl işi idi. Hələ indiyə qədər konsert zalın-
da belə boşluq görməmişdim. Ailə üzvlərimdən başqa
(
bacım Ottiliyanın ekstrava-
qand baş geyimi xüsusilə nəzərə çarpırdı
)
bir neçə skamyada konsertə başqa yerlərdən
gələn azsaylı tamaşaçılar əyləşmişdi. Veymarlı dostlarım hörmətli yerlərdə otur-
muşdular: kapelmeyster Lassen, regirunqsrat Frans Müller, həmçinin, Rixard Pol
və ədliyyə məsləhətçisi Gille. Bundan başqa, tamaşaçılar arasında Berlin kral te-
atrının keçmiş rəhbəri qoca saray məsləhətçisi Küstneri də görmüşdüm. Xoşuma
gəlməsə də, onun salamlaşmasına və zalın anlaşılmaz boşluğu barədə təəccübünə
cavab verməli oldum. Leypsiqin daimi sakinlərindən doğmalarımın adətən teatrları
ziyarət etməyən dostları iştirak edirdi. Onların arasında gəncliyimdən yaxşı tanı-
dığım sədaqətli dostum allopat-həkim Morits Müllerin oğlu Lotar Müller də var
idi. Konsertandın nişanlısı anası ilə birlikdə gəlmişdi. Mən bir qədər uzaq küncdə
Kozima ilə birlikdə oturmuşdum. Bu bizi uzaqdan müşahidə edən qohumlarımın
diqqətini çəkmişdi. “Meysterzingerlər”in girişinə gəldikdə isə onun uğurlu ifası
tamaşaçılar arasında olan dostlarıma yaxşı təsir göstərmişdi. Orkestrin bəxtindən
onu dərhal təkrarlamalı olmuşduq. Deyəsən, mənə qarşı böyük məharətlə saxla-
nan inamsızlıq buzları əriməyə başlamışdı. Konsertə yekun vuran “Tanhauzer”
uvertürasından sonra çağırışları eşidib səhnəyə çıxanda orkestr məni gurultulu
musiqi ilə qarşıladı. Bu, belə bir şərəfin yalnız Jenni Lindin payına düşdüyünü id-
dia edən bacım Ottiliyaya xüsusi zövq vermişdi. Ən bağışlanmaz şəkildə hamının
səbrini sınayan dostum Veysgeymer həmin vaxtdan mənə günü-gündən artan kin
bəsləməyə başladı. Onun fikrincə, əgər konsert proqramına mənim möhtəşəm or-