609
Rixard Vaqner
Mənim həyatım
kestr əsərlərimi daxil etməsəydi, tamaşaçılara ucuz biletlərlə yalnız öz əsərlərini
təqdim etsəydi, daha yaxşı vəziyyətdə olardı. İndi o, konsertin bütün xərclərini öz
cibindən ödəməli (
bu hal xüsusilə onun atasını məyus etmişdi
)
və mənə ən cüzi qonora-
rı təklif etmək imkanında olmadığını anlamaq kimi təhqiredici bir şeyə dözməli idi.
33
Bu xoşagəlməz təəsüratlar yeznəmi gözlənilən tirumfların şəninə veriləcək
ev ziyafətlərdən çəkindirmədi. Banketlərin birində Bülovlar da iştirak etmişdi.
Çoxlu sayda professorların hüzurunda “Meysterzingerlər”in mətnini uğurla oxu-
duğum axşam təşkil olundu. Bu axşamda professor Veyslə tanışlığımı yenilədim.
Onunla gənclik xatirələrimə və əmimlə dostluğuna görə maraqlanırdım. Professor
mənim qiraət sənətim barədə böyük təəccüblə fikir bildirirdi.
Təəssüf ki, Bülovlar yenidən Berlinə getdilər. Biz çox soyuq bir gündə və
xoş olmayan anda küçədə görüşdük. Onlar rəsmi ziyarətlərlə məşğul idilər. Belə
tələsik vidalaşma zamanı hamımızı əzən təzyiq son günlərin şənliyindən daha çox
hiss olundu. Dostlarım necə pərişan-ağır vəziyyətdə olduğumu anlayırdılar. Mən
o qədər ağılsız idim ki, Leypsiq konsertindən gözlənilən xərcləri ödəyəcək qədər
gəlir əldə etməyə ümid edirdim. Bu istiqamətdə məni gözləyən ilk məyusluq gələn
il üçün də saxlamaq istədiyim Biberix mənzilimin sahibinə vaxtlı-vaxtında ödəniş
edə bilməməkdən ibarət idi. Yeri gəlmişkən, söhbət yalnız mənzil ödənişlərini
əvvəlcədən verərək müqavilənin uzadılmasına razı sala biləcəyim qaraqabaq in-
sandan gedirdi. Minnaya bir rüb üçün düşən pulları da göndərmək vaxtının çatdı-
ğını nəzərə alaraq regirunqsrat Müllerin böyük Baden hersoqu adından təklif et-
diyi kömək mənə həqiqətən də göydəndüşmə təsiri bağışladı. Şotta ümid bəsləyə
bilməyəcəyimi anlayanda vəziyyətimi Böyük hersoqa çatdırmağı və onu yeni
operaların hesabına avans şəklində dəstək göstərməyə razı salmaq üçün köhnə
tanışıma müraciət etmişdim. Müllerlə göndərilən beş yüz taler gözlənilməzliyi ilə
məni çox sarsıtmışdı. Yalnız sonralar Böyük hersoqun bu lütfkarlığının səbəbini
belə izah etdim: o, yenidən Bayernə cəlb etmək istədiyi Listə təzyiq göstərməyə
çalışırdı. Şübhəsiz, o, mənə xeyirxah davranışının ortaq dostumuza yaxşı təsir ba-
ğışlayacağını düşünərkən yanılmamışdı.
Beləliklə, Minnanı pulla təmin etmək, eyni zamanda, guya onu dəstəkləmək
üçün lazım olan ziyarətimi yerinə yetirmək məqsədilə bir neçə günlüyə Drezdenə
yola düşmək imkanı qazandım. Minna məni vağzalda qarşılayıb, Drezdeni tərk
etməyimdən sonra Balpurgisştrassedə kirayələdiyi mənzilə apardı. Mənzili
özünəməxsus zövqlə və şübhəsiz ki, mənə rahat olacaq şəkildə düzəltmişdi. Girişdə
Salve
yazılı kiçik xalça sərilmişdi. Qırmızı ipək mebel və pərdələr Parisdəki qo-