Rixard Vaqner
Mənim həyatım
610
naq otağımızı xatırladırdı. Böyük yataq otağı və çox rahat kabinet qonaq otağı ilə
birlikdə tamamiləmənimixtiyarımaverilmişdi.Minna isə özünəhəyətə çıxan taxça-
lı otağı saxlamışdı. İş otağını bir vaxtlar Drezdendə kapelmeyster vəzifəsini alanda
özüm üçün sifariş etdiyim qırmızı ağacdan yazı stolu bəzəyirdi. Mən Drezdendən
qaçandan sonra onu Ritter ailəsi alıb Kummerə ötürmüşdü. İndi Minna bu stolu
müvəqqəti geri götürmüşdü. Lakin 60 taler ödəyərək onu yenidən öz əmlakıma
qata bilərdim. Bu arzumu hiss etməyəndə Minnanın kefi pozuldu. Mənimlə birgə
qalanda sıxılmamaq üçün Minna bacım Klaranı Hemnisdən dəvət etmişdi və
kiçik otağını onunla bölüşürdü. Klara burada da özünü ağıllı və rəhmdil qadın
kimi göstərdi. Onun Minnaya yazığı gəlirdi və bu ağır vaxtda qadından dəstəyini
əsirgəmirdi. Bu zaman bacımın yalnız bir məqsədi var idi: Minnanı əvvəlki kimi
ayrı yaşamağın vacibliyinə inandırmaq. Bunun üçün həmin vaxt düşdüyüm ağır
maddi vəziyyət barədə dəqiq məlumatlılığından istifadə etmişdi. Maddi qayğıla-
rım o qədər böyük idi ki, onları bölüşməyin adının çəkilməsi belə arvadımın fan-
taziyalarına kifayət qədər zidd idi. Bununla belə, əsasən çox vaxt başqa adamların
yanında olduğumuzdan ona izahat verməkdən qaça bildim. Buna Fris Brokhauzun
evli qızı Klara Kessinger, həmçinin, Puzinelli, qoca Hayne və nəhayət, Şnorrlarla
görüşlər kömək olurdu. Naharöncəsi saatlardan ziyarətlər üçün istifadə edirdim.
Amnistiya məsələsində çəkdiyi əziyyətə görə minnətdarlığımı bildirmək üçün
nazir Berin yanına gedərkən ilk dəfə Drezden küçələri ilə addımlayanda onların
mənə bağışladığı darıxdırıcılıq və boşluq hissindən sarsıldım. Onlar xatirəmdə son
dəfə gördüyüm kimi qalmışdı. Barrikadalar qurulmuş küçələr daha maraqlı görü-
nürdü. Yolda rastlaşdığım adamların heç birini tanımırdım. Həmişə əlcək aldığım
dükanın sahibi isə məni tanımadı. Qəfil onun dükanına həyəcanlı, gözü dolmuş
bir qoca girdi. Bu, çox qocalmış saray musiqiçisi, ömrümdə rastlaşdığım ən dahi
qaboy ifaçısı, bütün qəlbimlə sevdiyim Karl Kummer idi. Biz sevincək görüşdük.
Ondan hələ də alətində ifa edib-etmədiyini soruşdum. Dedi ki, mən gedəndən
qaboyu ona əvvəlki sevinci bəxş etmir və çoxdan işləmir. Öyrəndim ki, köhnə
orkestr qvardiyasının musiqiçiləri, həmçinin, hündür boylu kontrabasçı Dits ya
dünyasını dəyişib, ya da onu işdən çıxıblar. Fon Lütihau və kapelmeyster Reysi-
ger vəfat etmişdilər, Lipinski çoxdan Polşaya qayıtmışdı, konsertmeyster Şubert
işləyəcək halda deyildi. Hər şeyi yeni, hüznlü tərəfdən gördüm. Nazir Ber amnis-
tiyam barədə tam ağlından ata bilmədiyi şübhələrini bildirdi. Düzdür, bu işə imza
atıb. Lakin mənim bəstəkar kimi məşhurluğum məsələni xoşagəlməz nümayişlərə
qədər çatdıra bilərdi. Burada bir neçə gün qalacağıma və teatrda görünməyəcəyimə
söz verərək onu sakitləşdirməyə tələsdim. Nazir dərindən nəfəs alıb, ağır baxışla-
rını üzümə zilləyərək mənimlə sağollaşdı. Fon Beyst isə məni tamam başqa cür
qəbul etdi. O, nəzakətlə gülərək dedi ki, mən özüm düşündüyüm qədər günahkar
deyiləm. Beyst mənə Rekelin cibindən tapılan bir məktubu xatırlatdı. Bu mənim