611
Rixard Vaqner
Mənim həyatım
üçün yeni xəbər idi. Fürsətdən istifadə edib ehyam vurdum ki, bu amnistiyaya bü-
tün ehtiyatsızlıqlarımın bağışlanması kimi baxıram. Biz ən mehriban hisslərimizi
ifadə edərək vidalaşdıq.
34
Minnanın salonunda daha bir ziyafət axşamı keçirdik. Bu zaman mən
Meysterzingerlər”in mətnini onu hələ eşitməyən tanışlarıma oxudum. Minnanı
uzun müddət üçün pulla təmin edib dördüncü gün Drezdeni tərk etdim. O, məni
vağzala qədər ötürdü. Deyəsən, bir də görüşməyəcəyimizi hiss etmişdi. Vida ağır
idi.
Leypsiqdə birgünlük fasilə verdim. Mehmanxanada bir daha Aleksandr
Ritterlə görüşdüm və onunla punş içərək xoş bir axşam keçirdim. Leypsiqdə tək
konsertimin daha çox uğur gətirəcəyinə inamım bu fasiləni verməyimə səbəb ol-
muşdu. Pula ehtiyacım olduğu üçün bunu da nəzərə almağa qərar verdim. Lakin
heç bir zəmanət yox idi. Buna əmin olduqdan sonra tələsərək Biberixə yollandım:
mənzil məsələlərini həll etməli idim. Təəssüf ki, ev sahibimin tərs vaxtına düş-
müşdüm. Görünür, o, itlə rəftarı haqqında dediklərimi və bir dəfə hansısa dərzi
ilə yaxın münasibətləri ilə bağlı xidmətçisini qorumağımı mənə bağışlaya bilmirdi.
Təklif etdiyim pullara və verdiyim sözlərə rəğmən rəhm göstərmir və iddia edirdi
ki, sağlamlığı zəiflədiyindən mənzil gələn yaz özünə lazım olacaq. Ona əvvəlcədən
ödəniş edib və Pasxaya qədər əşyalarıma toxunmamağı öhdəsinə qoydun, gələn
il üçün uyğun mənzil tapmaq üçün Şüler və Matilda Mayerlə Reynqau ətrafını
gəzməyə başladım. Bundan bir nəticə hasil olmadı. Vaxtım az idi. Lakin dostlarım
mənə yer axtarmağa davam edəcəklərinə söz vermişdilər.
Maynsda yenidən Frederika Meyerlə görüşdüm. Frankfurtdakı münasibətləri
mürəkkəbləşmişdi: o, cənab fon Quaitanın bir müddət əvvəl “Loenqrin”in
səhnələşdirilməsinə görə 15 luidor ödəmək tapşırığı ilə yanıma göndərdiyi rejisso-
runu rədd etməyimə haqq qazandırdı. O, Quaita ilə münasibətlərini tam kəsdiyini,
istefaya nail olduğunu, indi isə Burqteatrda söz verilən qastrola yollanmağa hazır-
laşdığını dedi. Beləliklə, qadın rəğbətimi qazandı. Bunu ona atılan bütün böhtan-
ları təkzib etməsi kimi qəbul edirdim. Mən Vyanaya yollandım. O isə birgünlük
Nürmberqdən gedəcəkdi, Frederika görüşmək üçün sözləşdiyimiz yolun yarısını
mənimlə başa vuracağına şad idi. Belə də etdik. Vyanaya çatdıq. Dostum “Munş”,
mənsə adətim üzrə “
Kaiserin Elisabeth
otelində nömrə tutdum. Noyabrın 15-i idi.
Dərhal kapelmeyster Esseri tapdım və öyrəndim ki, “Tristan”ın məşğələləri çox
enerjili şəkildə davam edir. Lakin Frederika ilə düzgün yozulmayanmünasibətlərim
tezlikləmənimlə xanımDustman arasında xoşagəlməzmübahisəyə səbəb oldu. Onu