Rixard Vaqner
Mənim həyatım
612
vəziyyətin əslində necə olduğuna inandırmaq qeyri-mümkün idi. Qadın inadla iddia
edirdi ki, bacısı qeyri-qanuni əlaqədədir, ailəsi tərəfindən rədd edilib, onun Vyanaya
köçməsi isə xanım Dustmanı nüfuzdan sala bilər. Bura Frederikanın vəziyyətinin
tezliklə mənə böyük narahatlıq verməsi də əlavə olundu. O, səhnədə, xüsusilə, Vya-
na tamaşaçıları qarşısında necə əlverişsiz şəraitdə çıxış edəcəyini nəzərdən qaçırıb
Burqteatrla üç qastrolluq müqavilə imzaladı. Sağalsa da, mütəmadi həyəcanların və
əndişələrinarasındaxəstəlikdəneybəcərləşdirmişdi. Çoxarıqlamışdı, saçlarınınçoxu
tökülsə də, israrla parik taxmaq istəmirdi. Bacısının düşmən münasibəti Burqteat-
rın heyətini də ondan uzaqlaşdırdı. Bütün bunların nəticəsində, həmçinin yanlış rol
seçiminə görə onun çıxışı uğursuz oldu: burada işə başlamaqdan söz gedə bilməzdi.
Getdikcə artan zəifliyinə və daimi yuxusuzluğuna baxmayaraq o, utancla məndən
vəziyyətini gizlətməyə çalışırdı. Pula ehtiyacı olmasa da, əsəblərinə istirahət vermək
üçün nisbətən ucuz “Stadt Frankfurt” mehmanxanasında sakit yaşamağa qərar ver-
di. Mənim istəyimlə Ştandqartneri dəvət etdi, amma bu adam ona heç bir məsləhət
verə bilməzdi. İlin bu vaxtında noyabrın sonu - dekabrın əvvəlində Vyanada iqlim
çox sərtləşirdi. Ona isə açıq havada gəzmək məsləhət görülmüşdü. Bu zaman ağlı-
ma gəldi ki, qadına uzun müddətə Venetsiyaya köçməyi təklif edim. İmkanları buna
icazə verirdi. Məsləhətimə qulaq asdı. Şaxtalı bir səhərdə onu vağzala ötürdüm. Sa-
diq xidmətçisinin müşayiəti ilə Frederika daha yaxşı gələcəyin görüşünə yollandı.
Tezliklə Venetsiyadan əsasən onun sağlamlığı ilə bağlı təsəlliverici xəbərlər almağa
başladım.
35
Dostumun məndə yaratdığı narahatlıqdan kefim pozulsa da, Vyanadakı
köhnə tanışlarımla əlaqələrimi qoruyurdum. Burada mənim gəlişimdən bir qədər
sonra qəribə hadisə baş verdi. “Meysterzingerlər”in mətnini Ştandqartnerlərin
evində oxumağa söz vermişdim. Ümumiyyətlə, onu hər yerdə oxumalı olurdum.
Hanslikin artıq mənim dostum kimi tanındığını nəzərə alaraq, onu bu məclisə
dəvət etməyi lazım bilmişdilər. Lakin mətn oxunduqca təhlükəli rəyçi getdikcə bi-
kef olurdu, rəngi solğunlaşırdı. Mətn bitdikdən sonra qətiyyən qalmaq istəməməsi
və dərhal qıcıqlanmış vəziyyətdə məclisi tərk etməsi hamının diqqətini çəkdi.
Dostlarımın hamısı belə qərara gəldilər ki, Hanslik bu poemada özünə qarşı ün-
vanlanmış həcv gördü və bu dəvəti təhqir kimi qəbul etdi. Həqiqətən, həmin ax-
şamdan rəyçinin mənə münasibəti kəskin dəyişdi və nəticələrini çox gözləməli
olduğum xüsusi düşmənçiliklə təzahür etdi.
Kornelius və Tauziq yenidən yanıma gəldilər. Hələ də ötən yaykı
münasibətlərinə görə onlardan incik idim. Bülovlarla Şnorrları Biberixə dəvət