613
Rixard Vaqner
Mənim həyatım
etməyə hazırlaşarkən gənc dostlarıma səmimi rəğbət bəslədiyimdən onları da qo-
naq çağırmaq qərarına gəlmişdim. Kornelius dərhal gələcəyinə söz verdi. Qəfil
varlanmış Tauziqin Cenevrədən məktubunu alanda çox təəccübləndim. Bu şəhər
onu cəlb edirdi və təbii ki, Cenevrədə olmaq mənim yanımda Biberixdə olmaqdan
daha maraqlı və əhəmiyyətli idi. Hətta yayı mənimlə keçirə bilməyəcəklərinə görə
məyus olduqlarını yazmağı lazım bilmədən qeyd etmişdilər ki, indicə “mənim
sağlığıma möhtəşəm siqar çəkiblər”. Onlarla Vyanada görüşəndə hərəkətlərinin
xətrimə dəydiyini izah etməyə bilməzdim. Dostlarım isə gözəl fransız İsveçrəsinə
səyahəti Biberixi ziyarət etməkdən üstün tutmalarına qarşı niyə belə münasibət
bəslədiyimi anlamaq istəmirdilər. Onların gözündə tiran olduğum aydın idi. Bun-
dan başqa, Tauziq mehmanxanadakı qəribə rəftarı ilə məni şübhələndirmişdi. Bi-
lirdim ki, o, adətən aşağı mərtəbənin restoranında nahar edir, sonra otağımın ya-
nından ötüb dördüncü mərtəbəyə qalxırdı. Orada uzun müddət qrafinya Krokova
adlı xanımın yanında olurdu. Onunla bu barədə danışıb öyrəndim ki, bu xanım
Kozima ilə görüşür. Buna görə niyə məni xanımla tanış etmədiyinə təəccübümü
bildirdim. Lakin o, bu mövzuda söhbətdən qaçırdı. Tauziq qadınla aralarında sev-
gi münasibətlərinin olması ehtimalı ilə cırnatmaq istəyəndə etiraz etdi. Belə ki,
həmin qadın qoca olduğu üçün bundan söhbət belə gedə bilməzdi. Dostumu ra-
hat buraxdım. Lakin qrafinya Krokova ilə tanış olduqda təəccübüm daha da artdı.
Onun mənə ciddi rəğbət bəslədiyini gördüm və öyrəndim ki, mənimlə tanış olmaq
istəyərkən Tauziq bu görüşü təşkil etməkdən imtina edir, deyirmiş ki, guya mən
qadınlarla maraqlanmıram.
36
Nəhayət, mən ciddi şəkildə Vyanada bir sıra konsertlər vermək məqsədimi
həyta keçirməyə başlayanda aramızdakı dostluq münasibətləri bərpa olundu.
Tristan”ın əsas hissələrinin musiqisi üzərində çox səliqəli iş getdiyi fortepiano
məşğələlərini bu məsələ ilə maraqlanan kapelmeyster Esserə tapşırdım. Lakin bu
işin uğurlu nəticəsinə inamsızlığım heyətin bacarığından çox, onun azad iradəsinə
şübhə etməyim səbəbi ilə sarsılmaz qalırdı. Xanım Dutsmanın mənasız hərəkətləri
xüsusilə məşqlərdə iştirak etmək həvəsimi öldürürdü. Əksinə, hələ Vyanada ta-
nınmayan əsərlərimdən parçaların ifasından isə daha yaxşı nəticə gözləyirdim.
Bununla da, gizli rəqiblərimə sübut edə bilərdim ki, yeni musiqimi tamaşaçılara
çatdırmaq üçün qarşımda maneələrlə dolu teatr tamaşalarından başqa yollar da
var. Konsertlərin təşkil olunması ilə bağlı praktik məsələlərdə Tauziq çox faydalı
olurdu. “
an der Wien”
teatrını üç günlüyünə tutmaq və ilk konserti dekabrın so-
nuna, digər ikisini isə bir həftə ara ilə təyin etmək qərarı verilmişdi. İlk konsert