Rixard Vaqner
Mənim həyatım
614
üçün partituralardan seçdiyim pyeslərin orkestr partiyalarını köçürmək lazım
idi: “Reyn qızılı”ndan iki hissə, “Valkiriya” və “Meysterzingerlər”dən iki hissə.
Tristan”ın girişini ifa etməyə tələsmirdim. Belə ki, o, əsərin afişalarda elan olunan
tamaşası ilə üst-üstə düşəcəkdi.
Kornelius və Tauziq bir neçə köməkçi götürüb böyük dəqiqlik tələb etdi-
yi üçün yalnız partituraların oxunmasında təcrübəsi olan insanlara tapşırılmalı
köçürmə işinə başladılar. Onlara konsertdə iştirak üçün Vyanaya gələn Veys-
geymer də qoşuldu. Sonra Tauziq bəyan etdi ki, “yaxşı oğlan” kimi tövsiyə etdi-
yi Brams da, məşhurluğuna baxmayaraq, işin bir hissəsini öz üzərinə götürmək
istəyir. Ona “Meysterzingerlər”in bir parçası verilmişdi. Lakin çox fəallıq nüma-
yiş etdirmiş, buna görə də yığıncaqlarımızda çox nəzərə çarpmırdı. Bundan baş-
qa, əvvəlcədən tanıdığım Fridrix Ulla görüşürdüm. O, Yuli Frebellə birlikdə və
Şmerlinqin himayədarlığı altında “
Der Botschafter”
siyasi jurnalını çıxarırdı. Frid-
rix jurnalı mənim ixtiyarıma verdi və məni “Meysterzingerlər”in ilk pərdəsini
çap etdirməyə razı saldı. Belə ki, dostlarım Hanslikin getdikcə daha sərtləşdiyini
müşahidə edirdilər.
37
Mənim və dostlarımın başı tamamilə konsert hazırlıqlarına qarışdığı
vaxt Parisdə Bülovun komik şəxsiyyət kimi təqdim etdiyi Mortis gəlib çıxdı. O,
yöndəmsiz, bezdirici davranışı, guya Bülovun ona verdiyi tapşırıqlar barədə
cəfəng, uydurma söhbətləri ilə məni elə həddə çatdırdı ki, Tauziqin gizlətmədiyi
narazılığına yoluxub bağışlanmaz ziyarətçimə qəti şəkildə qapını göstərdim. O,
bunları Kozimaya elə şəkildə çatdırmışdı ki, bunu Bülova təhqir hesab edən qadın
məktub yazaraq ən yaxşı dostlarıma qarşı saymazyana münasibətimə görə məyus
olduğunu bildirmişdi. Bu qəribə, anlaşılmaz hadisə məni elə təəssüfləndirmiş
və kədərləndirmişdi ki, sakitcə Kozimanın məktubunu Tauziqə uzadıb indi nə
edəcəyimizi, bu cəfəngiyyata qarşı necə mübarizə aparacağımızı soruşmuşdum.
Tauziq dərhal Kozimaya hadisənin əslində necə olduğunu anlatmağı və anlaşıl-
mazlığı aradan qaldırmağı öz üzərinə götürdü. Xoşbəxtlikdən, onun vasitəçiliyinin
arzulanan nəticələri özünü çox gözlətmədi.
Konsert məşqləri başladı. “Reyn qızılı”, “Valkiriya” və “Ziqfrid”in (
qılıncın
döyülməsi
)
parçalarını, həmçinin, “Meysterzingerlər”də Poqnerin müraciətini ifa
etmək üçün lazımlı ifaçıları kral operası verdi. Yalnız Reynin üç qızı üçün diletant-
ların xidmətindən istifadə etməli oldum. Burada da bir çox hallarda olduğu kimi
konsertmeyster Helmesberger mənə böyük kömək göstərdi. O, entuziazmı və yax-
şı ifası ilə digər musiqiçilərə nümunə idi. Opera binasının kiçik otağında qurulu-
su ilə Korneliusu dəhşətə gətirən, qulaqbatırıcı məşqlərdən sonra “
an der Wien