615
Rixard Vaqner
Mənim həyatım
teatrının səhnəsinə keçdi. Konsert zalının bahalı ödənişindən əlavə orkestr üçün
lazımi qurğuların təşkil olunması üçün də xərc çəkməli oldum. Teatr kulisləri ilə
əhatələnmiş səhnə akustik cəhətdən əlverişsiz idi. Buna baxmayaraq, öz hesabıma
səsi əks etdirən arakəsmə və örtük düzəltdirməyi riskli hesab edirdim. Dekabrın
26-
da keçən ilk konsert zalın dolu olmağına baxmayaraq, yalnız böyük xərclər və
əlverişsiz akustik şəraitdə orkestrin pis səslənməsinin səbəb olduğu məyusluqla
nəticələndi. Arzuedilməz perspektivlərə baxmayaraq, sonrakı iki konsertin böyük
uğuru üçün akustik qübbənin qurulması üzrə bütün xərcləri öz üzərimə götürməyə
qərar verdim. Özümə bu səylərin yuxarı dairələrdə mənə maraq oyadaraq uğurla
nəticələnəcəyi ilə təsəlli verirdim. Dostum knyaz Lixteynşteyn bunu mümkün he-
sab edirdi. O, qrafinya Zamoyskayanın imperator sarayında nüfuzundan istifadə
etməyə çalışırdı. Bir dəfə məni də imperator sarayının saysız dəhlizləri ilə bu xanı-
mın yanına aparmışdı. Sonradan məlum oldu ki, bu işdə xanım Kalergisin əli var
imiş. Lakin görünür o, yalnız gənc imperatriçanın rəğbətini qazanmağımı təşkil
edə bilmişdi. Belə ki, imperatriça konsertdə heç kimin müşayiəti olmadan tək iş-
tirak edirdi. İkinci konsert məni çox məyus etdi. Bütün xəbərdarlıqlara baxma-
yaraq, onu 1863-cü ilin ilk gününə təyin etmişdim. Həddən artıq az auditoriya
yığılmışdı. Məni razı salan yeganə şey akustik təkmilləşdirmələr nəticəsində or-
kestrin əla səslənməsi idi. Ümumilikdə ifa olunan proqramın buraxdığı təəssürat o
qədər yaxşı idi ki, yanvarın 8-də keçən üçüncü konsertdə zal yenidən dolu idi. Bu
zaman mən Vyana dinləyicisinin böyük musiqi duyumundan əmin olmaq fürsəti
qazandım. İfaçı partiyasını ifa etmək üçün səhnəyə çıxsa da, Poqnerin müraciətinə
heç də effektli olmayan girişi zalın qızğın tələbi ilə təkrarlamalı olduq. Həmin an
nəzərim təsadüfən lojalardan birinə sataşdı. Gördüyüm şey mənə kifayət qədər
təsəlliverici əlamət kimi gəldi. Xanım Kalergisi tanıdım. O, qısa müddət üçün
Vyanaya gəlmişdi. Yəqin ki, bu da mənə yardım etmək məqsədi daşıyırdı. Xa-
nım dərhal dostluq etdiyi Ştandqartnerlə mənə konsertin təşkilatı ilə bağlı böyük
xərclərin saldığı böhranlı vəziyyətdə necə kömək edə biləcəyini müzakirə etməyə
başlamışdı. Kalergis ümumi dostumuza etiraf etmişdi ki, özünün heç bir vəsaiti
yoxdur və təcili ödəmələr zamanı borca girməyə məcbur qalar. Daha zəngin
himayədarlar tapmaq lazım idi. Onların arasında xüsusilə, Hannover elçisinin
həyat yoldaşı baronessa fon Ştokhauzen seçilmişdi. O, Ştandqartnerlə yaxın dost
idi və mənə də səmimi rəğbət bəsləyirdi. Hətta xanım Blumfild və onun əri ingi-
lis səfirini də mənimlə maraqlanmağa vadar etmişdilər. Xanım fon Ştokhauzenin
evində heç vaxt olmasam da, bir axşam ingilis səfirinin evinə dəvət olunmuşdum.
Bir dəfə Ştandqartner mənə xərcləri ödəmək üçün guya naməlum şəxs tərəfindən
verilən 500 qulden gətirdi. Xanım Kalergis də öz növbəsində 1000 qulden tapa
bilmişdi. Bu məbləğ də gələcək ehtiyaclarımı ödəmək üçün Ştanqartner vasitəsi
ilə mənə çatdırılmışdı. Lakin qrafinya Zamoyskaya ilə yaxın dostluğuna baxma-