Rixard Vaqner
Mənim həyatım
616
yaraq, sarayı mənim xeyrimə meylləndirmək cəhdləri nəticə verməmişdi. Belə
ki, bəxtimdən burada da hər yerdə üzə çıxan Saksoniya familiyalı biri – Kenne-
rits tapılmışdı. Bu, o vaxtkı elçi idi. Bu adam mənim xeyrimə istənilən hərəkəti,
xüsusilə, sarayda böyük diqqətə layiq olan ershersoginya Sofiya qarşısında edilən
cəhdi asanlıqla boğa bilirdi. O, hər dəfə Saksoniya kralının sarayını yandırdığımı
iddia edirdi.
38
Hər şeyə rəğmən himayədarım əvvəlki kimi yolundan dönmədən mənə
kömək etməyə çalışırdı. Hətta sakit yer tapmaq arzumu yerinə yetirmək üçün məni
ingilis səfirinin attaşesi, məşhur Litton-Bulverin oğlununmənzilində yerləşdirməyi
düşünmüşdü. Mənzilin sakini geri çağırılmış, tərtibat isə bir müddətliyinə onun
ixtiyarında qalmışdı. Xanım Kalergis məni onunla tanış etdi. Bu, cavan görünüşlü,
çox nəzakətli adam idi. Bir dəfə mən Kornelius və xanım Kalergislə birlikdə onun
evində nahar etmişdim. Nahardan sonra isə “Tanrıların ölümü”nü oxumağa başla-
mışdım. Lakin auditoriya gözlədiyim qədər diqqətli deyildi. Mən qiraəti saxlayıb
Korneliusla getdim. Qayıdanda biz çox üşüdük, üstəlik, Bulverin otaqları da bizə
kifayət qədər isidilmiş görünmədi. Punş içib isinmək üçün restorana daxil olduq.
İlk dəfə Korneliusu şıltaq-şən əhvalda gördüyüm üçün bu faktı unutmamışam.
Belə başa düşdüm ki, punş içib şənləndiyimiz vaxt xanım Kalerqis Bulverdə mənə
qarşı maraq oyatmaq üçün qüdrətli və bənzərsiz himayəçi gücünü işə salmışdı.
Nəticədə, mənə xəbər vermişdilər ki, Bulver öz mənzilini ilin dörddə üç hissəsi
müddətinə mənim ixtiyarıma verir. Lakin vəziyyəti ölüb-biçəndən sonra özümə
etiraf etməli idim ki, bundan heç bir fayda götürməyəcəm. Çünki Vyanada gəlir
əldə etməyə heç bir ümidim yox idi.
Həmin vaxt qərarlarıma Peterburqdan aldığım təklif həlledici təsir göstərdi.
Mart ayında 2000 gümüş rubl qonorarla Filarmoniya cəmiyyətinin iki konsertinə
dirijorluq etmək təklif edilirdi. Öz təsirini burada da göstərən xanım Kalerqis is-
rarla bu təklifi qəbul etməyimi məsləhət görür, deyirdi ki, Peterburqda sərbəst
konsertlər də verə bilərəm. Şübhəsiz, belə konsert böyük maddi uğur əldə edəcək
və gəlirimi əhəmiyyətli dərəcədə artıracaq. Bu təklifi qəbul etməyimə yalnız yaxın
aylarda “Tristan”ın Vyanada səhnələşdirilməsinə əminlik mane ola bilərdi. Lakin
bu arada tenor Anderin təzə xəstəliyi yenidən məşqlərin getişatını dayandırmışdı:
məni Vyanaya gəlməyə məcbur edən bütün perspektivlərə inamım itdi. Tezliklə
buna gəlişimdən sonra nazir Şmerlinqi ziyarətimin nəticəsi də vasitəçi oldu. Mən
knyaz Metternixin tövsiyəsinə istinad edəndə nazir çox təəccüblənmişdi. Knyaz
mənim barəmdə bir kəlmə belə deməyibmiş. O, böyük ədəb-ərkanla başa saldı