617
Rixard Vaqner
Mənim həyatım
ki, mənim kimi xidmətləri olan adamın heç bir tövsiyəyə ehtiyacı yoxdur. Knyaz
Metternixin imperatorun mənə Vyanada təqdim edə biləcəyi xüsusi şərait barədə
fikrini çatdıranda o, məni inandırmağa çalışdı ki, bu istiqamətdə bir şey etmək iq-
tidarında deyil. Şmerlinqin bu etirafı mənə knyaz Metternixin davranışını aydın-
laşdırdı. Anladım ki, o, oberkamergerə “Tristan”ın səhnələşdirilməsi üçün təsir
etməyi nazir qarşısında bəhrəsiz səylərdən üstün tutub.
39
Lakin bu perspektiv də qeyri-müəyyən müddətə təxirə salınırdı və mən Pe-
terburq təklifinə razılıq verdim. Lakin səfər üçün pul ehtiyatına ehtiyacım var idi.
Bu baxımdan Haynrix Porqesin mənim üçün Praqada təşkil etdiyi konsertə böyük
ümid bəsləyirdim. Fevralın əvvəlində ora yollandım və qarşılaşdığım münasibətə
sevindim. Gənc Pores, Listin qatı pərəstişkarı və mənim musiqimin tərəfdarı idi.
O, həm şəxsiyyət kimi, həm də mənə göstərdiyi xidmətlərə görə xoşuma gəlmişdi.
Bethovenin simfoniyasından başqa mənim ən yeni əsərlərimdən hissələrin ifa
olunduğu konsert “
Sophieninsel”
zalında verilmiş və böyük uğur qazanmışdı.
Növbəti gün Porqes əlavə kiçik xərcləri çıxaraq mənə min qulden verəndə qəhqəhə
çəkərək bildirmişdim ki, bu, şəxsi ifamla qazandığım ilk pullardır. Bundan başqa
o məni alman və çex partiyasından bəzi sadiq və savadlı insanlarla tanış etmişdi.
Onların arasında riyaziyyat müəllimi Libleyn və yazıçı Muziol da var idi. Gənc
yaşlarımdan tanıdığım Mariya Leve ilə görüş məni çox təsirləndirmişdi. O, ifaçı-
lıqdan arfaya keçib, orkestrdə arfa ifaçısının yerini tutur və konsertlərimdə iştirak
edirdi. Levi Praqada “Tanhauzer”in ilk tamaşası barədə böyük entuziazmla xəbər
vermişdi. İndi bu entuziazm daha da güclənmişdi. Levi uzun illər ərzində mənə
qarşı həssas diqqət göstərirdi. Məmnunluq hissi və yenidən oyanmış ümidlərlə
Vyanaya qayıdıb “Tristan”ın səhnələşdirilməsi məsələsini tamamilə həll etməyə
tələsdim. Mənim iştirakımla yenidən təşkil etməyin mümkün olduğu ilk iki
pərdənin fortepiano məşqində tenorun öz rolunu kifayət qədər babat ifa etməsi
məni çox təəccübləndirdi. XanımDustmana çətin partiyanınmöhtəşəm ifasına görə
minnətdarlığımı bildirməli oldum. Operamın Pasxadan sonra səhnələşdirilməsinə
qərar verilmişdi. Bu da Rusiyadan qayıdış vaxtıma uyğun gəlirdi.
Böyük gəlir əldə etmək ümidi yenidən sakit Biberixdə daimi mənzil almaq
fikrini xatırlatdı. Rusiya səfərinədək müəyyən vaxtım qaldığından Reynə yola
düşdüm ki, işlərimi mümkün qədər yoluna qoyum. Frikgeferin evində qalıb Ma-
tilda Meyerin və onun rəfiqəsi Luiza Vaqnerin müşayiəti ilə münasib yer axtarmaq
üçün bütün Reynqaunu gəzdim. Heç nə tapmadım. Hətta Frikgeferlə onun villası-
nın yaxınlığında satılan sahədə kiçik ev tikmək barədə danışıqlara başladım. Gənc