Rixard Vaqner
Mənim həyatım
618
Ştedl vasitəsilə tanış olduğum Şüler həm hüquqi, həm də praktiki məsələlərdən
xəbərdar biri kimi bu işi öz öhdəsinə götürdü. Smeta tərtib olundu. Rusiyada-
kı gəlirimin məbləği baharda bu təşəbbüsün yerinə yetirilib-yetirilməyəcəyini
müəyyənləşdirməli idi. Pasxa üçün Frikgeferin evindəki mənzili boşaltmağa ha-
zırlaşdığımdan bütün ev əşyalarımın qablaşdırılmasını və hələ də borclu olduğum
visbadenli mebel tacirinə göndərilməsini tapşırmışdım.
40
Yeni ümidlərlə oradan Berlinə yola düşdüm və dərhal Bülovları ziyarət et-
dim. Yaxın zamanda uşaq dünyaya gətirməli olan Kozima məni görəndə çox se-
vindi. Etirazlarıma baxmayaraq, məni Hansın işlədiyi musiqi məktəbinə apardı.
Uzun zala daxil oldum. Bülov uzaq küncdə musiqi dərsi keçirdi. Qapının kan-
darında sakitcə dayanıb Hans yerindən sıçrayıb məni görənədək onu izlədim.
O, məni tanıyıb qəhqəhə çəkdi. Nahar vaxtı görüşmək üçün sözləşib Kozima
ilə onu tərk etdik və ruh yüksəkliyi ilə boz atlas örtüyü zövq oxşayan,
Hotel de
Russie
dən götürdüyümüz ekipajla gəzməyə çıxdıq. Bülov arvadını hamilə gör-
düyüm üçün utanmışdı. Bir dəfə ona tanışlarımızdan birini bu halda görməyimin
mənə necə xoşagəlməz təsir bağışladığını demişdim. Onu bu baxımdan tamamilə
sakitləşdirdim. Dedim ki, Kozimada heç nə mənə pis təsir göstərə bilməz və bu,
yenidən kefimizi açdı. Axşam ümidlərimi paylaşan və taleyimin yeni dönüşünə
səmimi qəlbdən sevinən dostlarım məni Köniqsberq vağzalına yola saldılar..
Köniqsberqdə günortanı və gecəni keçirməli oldum. Mənim üçün bu nəhs
şəhərin tanış yerlərini dolaşmaq arzusu hiss etmirdim, buna görə bütün vaxtı meh-
manxanada keçirdim. Onun harada yerləşməsi də məni maraqlandırmırdı. Səhərsi
Rusiyaya səfərimə davam etdim. Nə zamansa bu sərhədi qanunsuz keçdiyimi xa-
tırlayanda sıxılırdım. Səfər zamanı uzun müddət yol yoldaşlarımın simasına nəzər
salırdım. Onların arasında alman əsilli Liflənd zadəganı xüsusi diqqətimi çəkdi,
o, alman yunkerinə Rusiya imperatorunun kəndliləri azad etməsi ilə bağlı kəskin
narazılığını dilə gətirirdi. Mənə aydın oldu ki, rus xaqlı Rusiyada yaşayan alman
zadəganları arasında azadlıq meyillərinə dəstək tapmayacaq. Jandarmlar yolda
bizi qəfil saxlayıb, axtarış aparmağa başlayanda bir az qorxdum. Mənə dedilər ki,
bu axtarış bir neçə şəxsə aidmiş, bu şəxslərin o zaman hazırlanmaqda olan polyak
üsyanında iştirakından şübhələnirdilər. Paytaxtdan azca aralıda vaqonumuzun
boş yerləri adamla doldu, onların rus xəzindən olan hündür papaqları mənə çox
şübhəli gəldi, üstəlik, bu papaqların sahibləri məni inadla nəzərdən keçiridilər.
Birdən onlardan birinin üzü aydınlaşdı, o, həyəcanla məni salamladı, dedi ki, im-
perator orkestrinin digər musiqiçiləri ilə birgə məni qarşılamağa gəlib. Onlar xalis