619
Rixard Vaqner
Mənim həyatım
almanlar idi. Peterburq vağzalında bizi Filarmoniya cəmiyyəti başda olmaqla or-
kestrin bir çox üzvləri gözləyirdi, məni təntənə ilə onlara tərəf apardılar. Qalma-
ğım üçün Neva prospektindəki evlərdən birində yerləşən “alman pansionunu”
tövsiyyə etdilər. Sahibə, alman tacirinin arvadı xanım Kunst məni mehribanlıqla
qarşıladı. Mənzərəsi böyük, səs-küylü küçəyə açılan ən yaxşı otağı mənə ayırdı,
diqqət və qayğı göstərdi. Digər pansion sakinləri ilə birgə nahar etdim, Aleksandr
Serov mənim fərdi qonağım idi, onunla hələ Lüsernada tanış olmuşdum. Peter-
burqa gələn kimi o məni ziyarət etdi. Burada Serov alman jurnallarının senzoru
kimi yararsız işlə məşğul idi. Bu səliqəsiz geyimli, xəstə, çox kasıblıq çəkən adam
fikirlərinin sərbəstliyi və dürüstlüyü ilə hörmətmi qazandı. Tezliklə öyrəndim ki,
bu xüsusiyyətləri iti ağlı ilə birgə onun nüfuzlu və hamının hesablaşdığı tənqidçi
kimi tanınmasına səbəb olub. Anton Rubinşteynə hamilik edən yüksək dairələrdən
iki nəfər məndən Serova təsir göstərməyimi istəyəndə buna əmin oldum, onlar
tənqidçinin Rubinşteynə hücumlarının kəskinliyini azaltmasını istəyirdilər. Bu xa-
hişi ona çatdıranda Serov Rubinşteynin bədii-artistik fəaliyyətinin Rusiyanı məhvə
aparması ilə bağlı dəlillərini sadaladı. O zaman, heç olmasa, mənim xətrimə bu
hücumları müvəqqəti səngitməsini istədim, çünki Peterburqda olduğum qısa
müddət ərzində Rubinşteynin rəqibi kimi çıxış etmək mənim üçün xoş olmazdı.
Serov xəstə adam tərsliyi ilə çığırdı: “Ona nifrət edirəm və heç bir güzəştə gedə
bilmərəm”. Mənimlə Serovun arasında, əksinə, tam razılıq vardı. O, cəhdlərimi
elə yaxşı anlayırdı ki, biz yalnız zarafat etməli olurduq, çünki ciddi məsələlərdə
fikirlərimiz tam üst-üstə düşürdü. Serov mənə hər cür yardım göstərməyə çalırdı,
onun bu qayğıkeşliyini heç nə ilə müqayisə etmək olmazdı. Operamdan ifa üçün
seçilmiş mətnlərin ruscaya tərcümə olunmasına çalışır, izahedici proqramın hazır-
lanmasını istəyirdi. Serov lazim olan ifaçıların seçimində mənə qeyri-adi dərstək
verdi. O, məşqlərdə və konsertlərdə iştirak etdiyi üçün buna görə özünü kifayət
qədər mükafatlandırılmış hiss edirdi. Həmişə qarşımda onun parlaq simasını gö-
rürdüm. Bu sima məni gümrahlaşdırır və ruhlandırırdı. Zadəgan yığıncağının za-
lında ətrafıma topladığım orkestr mənə böyük məmnuniyyət bəxş etdi. O, 120 se-
çilmiş musiqiçidən ibarət idi. Əksərən bunlar öz işlərini yaxşı bilən, adətən italyan
opera və baletində ifa edən və indi mənim rəhbərliyim altında daha nəcib musiqi
ilə məşğul olmaq imkanı əldə etdikləri üçün rahat nəfəs alan sənətkarlar idi.
41
İlk könsertin əhəmiyyətli uğurundan sonra Marika Kalerqisin gizlincə, la-
kin çoxmənalı şəkildə diqqətləri mənim üzərimə çəkməyə çalışdığı mühitlərə da-
xil olmaq imkanı əldə etdim. Himayədarım böyük ehtiyatla knyaginya Yelenaya