Rixard Vaqner
Mənim həyatım
620
təqdim olunmaq üçün lazımlı addımları atırdı. Hər şeydən əvvəl, Ştandqartnerin
Vyanadan tanıdığı həkim Arnetə tövsiyəsindən istifadə etmək lazım idi. O, bö-
yük knyaginyanın leyb-mediki idi. Arnet vasitəsilə knyaginyanın ən yaxın frey-
lini xanım fon Radenə təqdim oluna bilərdim. Bu xanımla tanışlıq mənə böyük
zövq verdi. Onun simasında təhsilli, ağıllı və nəcib görünüşlü bir qadın tanıdım.
Mənə artan marağı bir qədər ürəksiz təzahür edirdi. Bunu böyük knyaginya ilə
bağlı şübhələrlə izah etmək olar. Elə bil, hiss edirdi ki, mənim üçün knyaginyanın
ağlından və xasiyyətindən gözlənilənlərdən daha əhəmiyyətli şeylər etmək olar-
dı. Hələ də böyük knyaginyaya birbaşa təqdim olunmamışdım. Əvəzində onun
sarayının xanımlarından birinin evindəki məclisə dəvət olunmuşdum. Knyagin-
ya da burada iştirak etməli idi. Anton Rubinşteyn məni saray xanımına təqdim
edəndən sonra o, öz növbəsində məni böyük knyaginyanın yanına aparmağa ürək
etdi. Hər şey normal keçdi və tezliklə böyük knyaginyanın çay dəvətinə layiq gö-
rüldüm. Burada freyleyn fon Radendən başqa digər freyleyn fon Ştalla, həmçinin,
mənə general Brebern kimi təqdim olunan, böyük knyaginyanın köhnə dostu olan
qoca, xeyirxah cənabla da görüşdüm. Görünür, freyleyn fon Raden mənə xeyir
vermək üçün ciddi-cəhd göstərmişdi və bu cəhdlərin nəticəsində böyük knya-
ginya “Nibelunqun üzüyü” ilə tanış olmaq istədi. Yanımda poemanın bir nüsxəsi
belə yox idi, Veberin hazırladığı nəşr isə bu yaxınlarda çap olunmalı idi. Ona görə
həmin dəqiqə Leypsiqə hazır vərəqləri təxirə salmadan böyük knyaz sarayının
ünvanına göndərmək tələbi ilə teleqram göndərildi. Hələlik isə himayədarlarım
Meysterzingerlər”in mətni ilə kifayətlənməli idilər. Bu mətnin oxunmasına bö-
yük knyaginya Mariya da cəlb olunmuşdu. İmperator Nikolayın görkəmli, gözəl
qızı ölçü-biçisiz həyatı ilə tanınırdı. Onun poemamı necə başa düşdüyünü frey-
leyn fon Radendən öyrəndim. Qız durmadan təkrarlayırmış: Hans Saks, Yeva ilə
evlənməyi ağlından belə keçirməməlidir.
42
Bir neçə gün sonra “Nibelunqun üzüyü”nün ayrı-ayrı vərəqləri də gəlib çıx-
dı və kiçik məhrəm mühit bu poemanı dinləmək üçün dörd dəfə knyaginyanın
sarayına yığışdı. Bu məclislərə freyleyn fon Radenin dediyi kimi, dərin yuxuda
qızıl gül kimi pardaqlanmaq” üçün general Brebern də gəlirdi. Hər iki xanımı
pillələr və saysız dəhlizlərlə uzaqdakı otaqlarına yola salanda bu, şən və gözəl
freyleyn fon Şatl üçün zarafat materialı verirdi.
Nüfuzlu yüksək vəzifəli şəxslərdən imperator sarayında yüksək və etibarlı
vəzifə tutan və musiqinin himayədarı kimi tanınan qraf Vielqorski ilə tanış ol-
muşdum. O özünü görkəmli violonçel ifaçısı hesab edirdi. Möhtərəm qoca mənə