621
Rixard Vaqner
Mənim həyatım
rəğbət bəsləyirdi və ifa etdiyim əsərlərin konsepsiyası ilə razılaşırdı. Məni inan-
dırırdı ki, Bethovenin Səkkizinci simfoniyası ilə (F-dur) yalnız mənim ifamda
sözün həqiqi mənasında tanış oldu. “Meysterzingerlər”in girişini də tam anladı.
Əksinə, bu əsəri anlaşılmaz hesab edən, “Tristan”ın girişinə isə qeyri-adi maraq
göstərən böyük knyaginya Mariyanın sözlərini isə mübaliğəli hesab edirdi. O,
musiqi biliklərini köməyə çağıraraq əsəri anlamışdı. Bunu Serova çatdıranda isə
o, entuziazmla qışqırmışdı. Qraf mənim şərəfimə möhtəşəm nahar təşkil etdi. Bu
ziyafətdə Anton Rubinşteyn və xanım Abaza da iştirak edirdilər. Nahardan son-
ra Rubinşteyn musiqisindən bir şey dinləmək istədiyimi bildirəndə xanım Abaza
onun “Fars nəğmələri”nin ifasında israr etməyə başladı. Görünür, bu, əsərlərinin
arasında digər gözəl nümunələrin tapılacağına ümid edən bəstəkarı çox məyus
etmişdi. Buna baxmayaraq, kompozisiyanın özü də, xanımAbazanın ifası da mənə
çox yaxşı təsir bağışladı. Əvvəllər böyük knyaginyanın himayəsində olan, son-
ralar isə zəngin və savadlı rus əyanına ərə gedən ifaçı vasitəsilə Abazanın evinə
də dəvət olundum. Burada əla qarşılanmışdım. Eyni zamanda, diletant-musiqi-
çi və entuziast baron Vittinqofla da tanış oldum. O da məni evinə dəvət etmək
şərəfinə layiq görmüşdü. Onun evində hələ Parisdən tanıdığım gözəl isveç piano-
çu və bəstəkarı İngeborq Starkla görüşdüm. O, məni baronun kompozisiyalarını
qəhqəhələrlə ifa edərkən nümayiş etdirdiyi cəsur şənliyi ilə təəccübləndirmişdi.
Lakin ümumilikdə özünü ciddi aparırdı və öz sözlərinə görə, Hans fon Bronsara
ərə getməyə hazırlaşırdı. Dost kimi bir-birimizi ziyarət etdiyimiz Rubinşteyn isə
mənə qarşı nəzakətli münasibətini saxlayırdı. Ancaq mənə elə gəlirdi ki, xüsusən
də, Peterburqda Serovun düşmən münasibətinə görə bezdiyi mövqeyini atmaq
niyyətindən bəhs edərkən onun sözlərində gizli inciklik hiss etmişdim. Verməyə
hazırlaşdığım benefis konsertin uğuru üçün Peterburq tacirlərinin mühiti ilə əlaqə
qurmağımı vacib hesab edirdilər. Bu məqsədlə tacir yığıncağının zalındakı kon-
serti ziyarət etməli idim. Pillələrdə həddən artıq sərxoş rusla – mənə tövsiyə edil-
miş kapelmeysterlə qarşılaşdım. O, imperator teatrlarının musiqiçilərindən təşkil
olunmuş kiçik orkestrlə Rossininin “Tell”inin və Veberin “Oberon”unun uver-
türalarını ifa etdi. Özü də litabrlar kiçik hərbi təbillərlə əvəz olunmuşdu. Bu isə
xüsusilə “Oberon” uvertürasında qəribə effekt yaradırdı.
43
İxtiyarımda olan orkestr öz konsertlərim üçün məni razı salsa da, ifaçılarla
məsələ kifayət qədər pis idi. Soprano partiyalarını xanım Bianki yaxşı ifa edirdi.
Lakin tenor partiyası üçün böyük cəsarətə sahib olsa da, demək olar ki, səsdən
məhrum olan Setovla kifayətlənməli olurdum. Buna baxmayaraq, məhz onun