Rixard Vaqner
Mənim həyatım
622
sayəsində Ziqfridin qılınc döyərkən ifa etdiyi nəğməni proqrama daxil etmək
mümkün oldu. Onun iştirakı oxuma təsiri bağışlasa da, əsas rolu orkestr oyna-
yırdı. Filarmoniya cəmiyyətinin iki konsertindən sonra İmperator operasının
məkanında öz konsertimin hazırlıqları ilə məşğul olmağa başladım. Bu işlər za-
manı mənə bir musiqiçi çox kömək etmişdi. O, adətən Serovun iştirakı ilə mənim
isinmiş otağımda nəhəng xəzini çıxarmadan saatlarla oturardı. Anlaşılmazlığı
ilə bizə çox əziyyət verdiyi üçün onu “qurd dərisi geymiş quzu” hesab edirdik.
Konsertin uğuru gözlənildiyindən çox üstün oldu. Deyəsən, indiyə qədər heç vaxt
tamaşaçılar məni buradakı kimi entuziazmla qarşılamamışdılar. Artıq ilk anda da-
vamlı və gurultulu qarşılanma məni utandırdı. Bu isə çox nadir hallarda olurdu.
Auditoriyanın bu entuziazmına orkestrin özünün də alovlu canlılığı vasitəçi olur-
du. Belə ki, məhz musiqiçilər hər dəfə çılğın alqışları təzələyirdilər. Görünür, bu,
Peterbuqrda qeyri-adi hadisə idi. Mən onların bu sözlərini eşidirdim: “Yalnız indi
biz musiqinin nə olduğunu öyrəndik”. O vaxta qədər mənə işgüzar məsləhətləri
ilə kömək edən kapelmeyster Şubert məni öz benefis konsertində iştiraka dəvət
etmək üçün bu əhval-ruhiyyədən istifadə etdi. Onun yalnız bir məqsəd – yeni dol-
ğun gəliri mənim cibimdən öz cibinə axıtmaq – güddüyünə görə məyus olsam da,
dostlarımın məsləhəti ilə xahişinə razılıq verdim. Səkkiz gün sonra eyni dərəcədə
çoxsaylı auditoriya qarşısında eyni uğurla proqramımın nisbətən çox sevilən
nömrələrini ifa etdim. Bu dəfə 3000 rublluq əla gəlir əhəmiyyətsiz bir adamın eh-
tiyaclarını ödəmək üçün xərclənməli idi. Elə bil, o mənə vurduğu mənəvi zərbəyə
görə çox keçmədən – elə həmin il bu dünyadan köçmüşdü.
44
Lakin məni Moskvada yeni uğurlar və gəlirlər gözləyirdi. Bununla bağlı
general Lvovla razılaşmaya gəlmişdim. Orada Böyük teatrda üç konsert verməli
idim. Hər konsertdə əldə olunan gəlirin min rublu mənə çatmalı idi. Şaxta ilə
əvəzlənən mülayim havada soyuqlamış və bikef halda uğursuz bölgədə yerləşən
alman pansionuna gəldim. Ordenlərinə baxmayaraq mənə əhəmiyyətsiz bir adam
kimi görünən idarəçi ilə bəzi detalları müəyyən edib, rus tenoru və italyan ifaçısi
ilə nəğmələrin çətin seçimi barədə razılığa gəlib orkestr məşqlərinə başladım. Bu-
rada əvvəlcə Anton Rubinşteynin kiçik qardaşı Nikolayla tanış oldum. O, Rusiya
Musiqi cəmiyyətinin müdiri siması ilə öz sahəsində nüfuzlu şəxs hesab olunurdu.
Moskvanın musiqi təmsilçisi mənə qarşı təvazökar və nəzakətli münasibətini qo-
ruyurdu. Orkestr italyan imperator operasında və baletində xidmət göstərən yüz
musiqiçidən ibarət idi və Peterburq orkestrindən çox geri qalırdı. Ümumiyyətlə,
onların arasında az miqdarda dəyərli və sadiq kvartetçi tapa bildim. Həmçinin,