623
Rixard Vaqner
Mənim həyatım
Riqada öz ağlı ilə tanınan köhnə tanışım violonçel ifaçısı fon Lutsau ilə də qarşı-
laşdım. Lakin məni hamıdan çox Peterburqa çatarkən xəz papağından qorxduğum
cənabın qardaşı skripkaçı Akbrext sevindirirdi. Lakin bu azsaylı simalar işimə,
Moskva orkestri ilə təmasıma müəyyən dərəcədə təhqir kimi baxmaqdan çəkindirə
bilmirdilər. Var-gücümlə çalışsam da, xoşbəxt deyildim. Musiqimə patriotik anti-
patiyasını bildirmək üçün məşqə qırmızı köynəkdə gələn və Ziqfridin mahnılarını
özünəməxsus bayağı italyan manerası ilə rus dilində ifa edən rus tenorunun məni
qıcıqlandırması da bütün bunlara əlavə olundu. İlk konsert günü mən səhərdən
güclü qızdırma hiss etdim və tədbiri təxirə salmalı oldum. Qarla örtülü şəhərdə ta-
maşaçıları vaxtında xəbərdar etmək üçün kifayət qədər imkan yox idi. Öyrəndim
ki, axşam möhtəşəm ekipajlar konsert yerinə axışıb, çoxları bu vəziyyətdən nara-
zılığını bildirib. İki gün istirahət edib müqavilədə nəzərdə tutulan üç konserti altı
gün ərzində vermək qərarına gəldim. Qüvvəmi belə son həddə səfərbər etməyə
əsasən özümə layiq görmədiyim bu təşəbbüsü tezliklə başa vurmaq istəyi vadar
edirdi. Böyük teatr heç vaxt görmədiyim möhtəşəm tamaşaçı auditoriyası ilə dolu
olsa da, rəhbərliyin hesablarına görə mənim payıma zəmanət verilmiş məbləğdən
artıq heç nə düşmədi. Lakin özümü bu cür qarşılanma, xüsusilə, orkestrin nəhəng
entuziazmı ilə mükafatlandırılmış hesab edirdim. Onların seçdiyi vəkil mənə dör-
düncü konsert vermək üçün müraciət etdi. Bundan imtina edəndə məni heç olma-
sa son “məşq” keçirməyə razı salmaq istədilər. Ancaq gülümsəyərək bunu da rədd
etməli oldum.
Lakin orkestr şərəfimə xüsusi banket təşkil etmişdi. Bu ziyafət Nikolay Ru-
binşteynin parlaq məmnunluq ifadəsi ilə söylədiyi çox uğurlu və səmimi nitqi ilə
yekunlaşdı. Kimsə məni çiyinlərinə alıb bütün zalı gəzdirdi. Qışqırıq, səs-küy qop-
du. Hər kəsmənə diqqət ayırmaq istəyirdi. Mənə orkestrmusiqiçilərinin aldığı fəxri
hədiyyəni təqdim etdilər: üzərində Ziqmundun “Valkiriya”dakı sözləri – “
Dock
Einer kam
həkk olunmuş qızıl tütünqabı. Mən də öz növbəmdə bu hədiyyəyə
görə təşəkkürümü bildirib orkestrə böyük fotoportretimi hədiyyə etdim. Onun
üzərində isə bayaqkı misraların önündə gələn sözləri yazmışdım: “
Kener ging”.
Xanım Kalerqisin tövsiyələri və çoxmənalı rəyi nəticəsində musiqi aləmindən
kənarda knyaz Odoyevski ilə tanış olmaq imkanı qazanmışdım. Dostumun
sözlərinə görə, bu cənabın simasında məni anlaya bilən çox möhtərəm bir insanla
tanış olmalı idim. Həqiqətən, çox uzun və yorucu yoldan sonra onun mənzilinə
çatanda patriarxal sadəliklə nahar süfrəsi arxasında əyləşən ailə tərəfindən qarşı-
lanmışdım. Lakin onda fikirlərim və məqsədlərim barədə təsəvvür yaratmaq çox
çətin oldu. Knyazın şəxsi zövqü yalnız mənə böyük zalda yerləşən orqana bənzər
nəhəng aləti göstərməsi ilə məhdudlaşdı. Bu alət onun göstərişləri ilə kəşf və isteh-
sal olunmuşdu. Təəssüf ki, onda ifa etməyi bacaran biri yox idi. Buna baxmayaraq,
hər bazar özünəməxsus sistemlə bu alətin müşayiətində onun qohumları və tanış-