Rixard Vaqner
Mənim həyatım
624
ları üçün keçirilən ibadəti təsəvvür etməli idim. Himayədarımı xatırlayıb xeyirxah
knyazı vəziyyətimdən və çalışmalarımın məqsədindən xəbərdar etməyə çalışdım.
O söylədiklərimə hədsiz maraq göstərən görkəm alıb dedi: “Sizə gərək olan hər bir
şey məndə var...“. Aldığım məlumatlara görə, himayədarımın mənə yönəltdiyi bu
qoruyucu mələk bankir yox, rus-yəhudi romançısı imiş.
45
Onsuz da Peterburqdakı böyük qazancım da daxil olmaqla gəlirlərim
Biberixdə ev tikintisi planımı yerinə yetirməyə imkan verirdi. Buna görə doq-
quz gün qaldıqdan sonra tərk etdiyim Moskvadan Visbadendəki məsul şəxsə
müvafiq teleqram göndərmişdim. Drezdendəki ev işlərinin böyük xərclərindən
şikayətlənən Minnaya isə min rubl göndərdim.
Gözlədiyimin əksinə, Peterburqa qayıdanda böyük problemlərlə qar-
şılaşdım. Hamı benefis konsertimi Pasxanın ikinci gününə təyin etməməyi
məsləhət görürdü. Çünki rus cəmiyyəti ənənəyə uyğun olaraq həmin günü ailə
çərçivəsində əyləncələrə ayırırmış. Digər tərəfdən, konsertimdən üç gün sonraya
təyin olunmuş Peterburq borclular şöbəsinin dustaqlarının xeyrinə təşkil olunmuş
konsertdən imtina edə bilməzdim. Belə ki, bu israrlı təklif böyük knyaginya Yele-
na tərəfindən verilmişdi. Bütün Peterburq əhli belə yüksək himayədarlıqla keçən
konsertə gəlməyi özünə borc bilirdi. Ona görə biletlər əvvəlcədən satılmışdı. Mən
isə Xeyriyyəçilər yığıncağının demək olar ki, boş zalında xoşbəxtlikdən bütün
xərclərimi ödəyən gəlirlə kifayətlənməli oldum. Amma dustaqların xeyriyyə kon-
serti xüsusilə təntənəli keçmişdi. Qeyri-adi dərəcədə yaraşıqlı insan olan Peter-
burq qubernatoru general Suvorov gözəl işə minnətdarlıq əlaməti olaraq mənə
içki üçün gümüş buynuz hədiyyə etmişdi. Mən vida ziyarətlərinə başladım. Frey-
leyn fon Raden sonra mənə böyük rəğbət bəslədiyini bildirdi. Knyaginya məni
maddi çətinliklərimə görə 1000 rubl göndərmişdi. Özü də ehyam vurmuşdu
ki, vəziyyətim yaxşıya doğru dəyişməyənə qədər hər il belə hədiyyələr edəcək.
Özümə qarşı belə münasibəti görüb Peterburq əlaqələrimin daha əsaslı və zəngin
nəticələr vermədiyinə təəssüfləndim. Freyleyn fon Radendən böyük knyaginyaya
məni hər il bir neçə aylığına Peterburqa çağırmaq təklifi verməsini xahiş etdim. Mü-
vafiq maaş müqabilində gücümü və bacarığımı konsertlərin və teatr tamaşalarının
təşkilinə sərf edə bilərdim. Buna qeyri-müəyyən cavab aldım. Gedişim ərəfəsində
nəzakətli köməkçimə Biberixdə yerləşmək planımı bildirdim. Üstəlik, Rusiyadan
qazandığım pulları buna sərf eləsəm, vəziyyətimin dəyişməyəcəyi və buna görə
də bəlkə bu tikintidən imtina etməyin daha düzgün qərar olacağı barədə narahat-
lıqlarımı onunla bölüşdüm. O, entuziazmla cavab verdi: “Tikin və ümid edin!”.