625
Rixard Vaqner
Mənim həyatım
Getməmişdən əvvəl son anda minnətdarlıq hissi ilə ona indi nə etmək lazım ol-
duğunu bildiyimi yazmışdım. Beləcə, aprelin sonunda Peterburqu Serovun ən
səmimi arzuları və orkestr musiqiçilərinin entuziazmı altında tərk etdim. Konsertə
dəvət edildiyim Riqanı keçib boş Rusiya ovalığı ilə düz sərhəddə yolandım. Verj-
bolovda məni freyleyn fon Radendən teleqram gözləyirdi. Son məktubuma cavab
olaraq məni bu sözlərlə xəbərdar etmək istəyirdi: “O qədər də cəsarətli deyil”. Bu
tikinti ilə bağlı şübhələrimin yenidən baş qaldırması üçün kifayət etdi.
46
Mən heç yerdə dayanmadan Berlinə gəldim və dərhal Bülovun mənzilinə
yola düşdüm. Son aylar ərzində Kozimanın sağlamlığı ilə bağlı heç bir xəbər al-
mamışdım və böyük narahatlıqla onun mənzilinin zəngini çaldım. Qapını açan
xidmətçi “xanım xəstədir” deyib məni içəri buraxmadı. “O, həqiqətən, xəstədir?”-
deyə soruşdum. Təbəssümlə verilmiş qeyri-müəyyən cavabdan dərhal işin nə
yerdə olduğunu anladım. Tələsərək Kozimanın yanına keçdim. Onun Blandina
adlı bir qızı olmuşdu, artıq özünü sağlam hiss edir, yalnız adi ziyarətçiləri qəbul
etmirdi. Mənə elə gəldi ki, hər şey qaydasındadır. Hətta Hans da şən idi və Rusi-
yadakı uğurlarımın məni uzun müddət qayğılardan qurtaracağına ümid etdiyini
demişdi. Bu ümidi yalnız ildə bir dəfə bir neçə aylıq Peterburqa dəvət olunmaq
istəyim yerinə yetdiyi halda əsaslı hesab edərdim. Bu arada freyleyn fon Rade-
nin mənə teleqramın ardınca göndərdiyi təfərrüatlı məktubda aydın deyilirdi ki,
bu baxımdan heç bir vədlərə arxayın olmasam, yaxşıdır. Məktubun dəqiq tonu
maliyyə vəziyyətimi ciddi şəkildə müzakirə etməyə vadar etdi. Səfərlərdə və Pe-
terburqda olduğum müddət ərzindəki xərcləri, həmçinin, Minnaya və visbaden-
li mebel tacirinə göndərdiyim məbləği çıxdıqda əlimdə 4000 taler pul qalmışdı.
Əlbəttə ki, torpaq sahəsi alıb ev tikmək arzusundan imtina etməli idim. Lakin Ko-
zimanın özünü əla hiss etməsi və ruh yüksəkliyi qayğılarımı boğdu. Biz yüksək
əhval-ruhiyyə ilə yenidən gözəl bir ekipajda Tirqarten xiyabanlarına gəzinti təşkil
etdik və gəzintini “
Hotel de Russie
də şən nahar süfrəsi arxasında tamamladıq. Pis
günlərin geridə qaldığını düşünürdük.
47
Hər necə olursa-olsun, əvvəlcə Vyanaya qayıtmaq lazım idi. Bu yaxınlar-
da “Tristan”ın bu dəfə xanım Dustmanın xəstəliyinə görə yenidən təxirə salındı-
ğı xəbərini almışdım. Aydın idi ki, işə yerində nəzarət etmək lazımdır. Almaniya