Rixard Vaqner
Mənim həyatım
626
şəhərlərindən heç biri ilə Vyana qədər əlaqə qurmamışdım. Bu şəhəri özümə uy-
ğun fəaliyyət arenası hesab edirdim. Əla həyat şəraitində yaşadığını gördüyüm
Tauziq mənim məqsədimi təqdir etdi və Vyana yaxınlığında arzusunda olduğum
rahat, sakit bir yer tapmağı öz boynuna götürərək bu fikrimi möhkəmləndirdi.
Ev sahibinin köməkliyi ilə bu vəzifənin öhdəsindən uğurla gəldi. Pensinqdə
sadə və gözəl ev tapmışdı. Qoca baron fon Rakovitsin evinin yuxarı mərtəbəsi,
həmçinin böyük kölgəli bağı müstəsna istifadə hüququ ildə 1200 qulden ödənişlə
ixtiyarıma verilmişdi. Bu ev arzuladığım sığınacaq idi. Çox yaltaq adam olan ev
idarəçisi Frans Mrazeki və onun bacarıqlı, qılıqlı arvadı Annanı dərhal xidmətimə
qəbul etdim. Onlar ömrümün ən dəyişkən vəziyyətlərində belə uzun müddət
mənim xidmətimdə qaldılar. İndi yenidən xərcə düşməli idim. Bu sığınacağı dinc-
lik və iş üçün münasib qaydaya salmaq gərək idi. Mən Visbadendə aldıqlarımla
birlikdə Biberixdə qalan əşyalarımı, həmçinin, Erarın royalını yeni mənzilimi dol-
durmaq üçün gətirtdim. Gözəl bir yaz günündə, mayın 12-si tərtibatı çox vaxtımı
alan yeni mənzilimə köçdüm. Burada Filip Qaas və oğulları ilə tədricən ciddi şəkil
alan münasibətlərim yarandı. Hələlik, sevincli ümidlər oyadan sığınacağımın hazır-
lanması üzrə qayğılar və əziyyətlər məni yalnız yüksək əhval-ruhiyyəyə kökləyirdi.
Mayın 22-də əlli yaşımı qeyd edəndə royalla və Biberix bölgüsündən payıma düşən
Rafael qravürləri ilə bəzənmiş musiqi zalı artıq hazır idi. Axşam illüminasiyasının
işığında tacirlərin musiqi cəmiyyəti məni serenada ilə şərəfləndirmişdi, tələbələrin
vəkili isə alovlu nitqlə salamlamışdı. Şərab gətirməyi əmr etdim və hər şey yaxşı
alındı. Mrazek ailəsi təsərrüfatımın öhdəsindən yaxşı gəlirdi. Annanın kulinar baca-
rıqları sayəsində Tauziq və Kornelius tez-tez nahara qonaq olurdu.
48
Təəssüf ki, yenidən eləmədiyim hər şeyə görə məni qınayan Minnanın yarat-
dığı problemlərə dözməli oldum. Ona şəxsən cavab verməkdən birdəfəlik imtina
etdiyim üçün bu dəfə də hələ rəsmən qəbul olunmamış qızına məktub yazıb ötən
il qəbul olunmuş qərarı xatırlatdım. Evin idarə olunması üçün zərif qadın əlinə nə
qədər ehtiyac duyduğumu Maynsda olan Matilda Mayerə məktub yazıb onu öz
evimə dəvət edəndə başa düşdüm: ona gözünə dəyən çatışmazlıqları tamamlamağı
təklif etmişdim. Mehriban dostumu ağıllı qadın hesab edirdim və şübhə etmirdim
ki, o, əsl məramımı anlayıb heç bir sıxıntı keçirməyəcək. Yanılmadım. Lakin anası-
nı və onu əhatə edən burjuaziya ab-havasını nəzərə almamışdım. Mənim təklifim
böyük narahatlığa səbəb oldu və sonda məsələyə Matildanın rəfiqəsi Luiza Vaq-
nerin qarışması lazım gəldi. O, özünəməxsus ağıl və dəqiqliklə əvvəlcə arvadımla
boşanmağı məsləhət gördü. Bundan sonra hər şeyi həll etmək asanlaşacaqdı. Bu,