627
Rixard Vaqner
Mənim həyatım
məni elə qorxutdu ki, düşünülməmiş təklifimi dərhal geri götürdüm və bacardı-
ğım qədər yaratdığım həyəcanı sakitləşdirməyə çalışdım. Digər tərəfdən, Frederi-
ka Meyer özünün də xəbəri olmadan tamamilə anlaşılmaz vəziyyəti ilə məni nara-
hat edirdi. O, ötən qışı Venetsiyada əlverişli şəkildə keçirmişdi. Peterburqdan ona
məktub yazıb Berlində Bülovların evində görüşməyi təklif etdim. Kozimanın ona
necə maraqla yanaşdığını bildiyim üçün yaxşıca götür-qoy edib qərara gəlmişdim
ki, biz dostumun laxlayan mövqeyini necə yoluna qoya biləcəyimizi birlikdə
müzakirə edə bilərdik. Lakin Frederika görüşə gəlmədi. O yazırdı ki, hazırda sağ-
lamlığı artistik fəaliyyətilə məşğul olmağa izn vermir, bir müddətliyinə Koburqda
rəfiqəsinin yanına yerləşib və pul qazanmaq üçün arada yerli teatrlarda çıxış edir.
Bir çox səbəblərdən ona Matilda Meyerə etdiyim təkliflə müraciət edə bilmirdim.
Bununla yanaşı o, mənimlə qısa müddətlik görüşmək istədiyini və bu görüşdən
sonra məni əbədiyyən rahat buraxacağını qeyd etmişdi. Hazırda onun fantastik ar-
zusunu yerinə yetirmək mənə mənasız gəldi. Bu görüşü sonra təşkil edəcəyimə söz
verdim. Yay ərzində o, müxtəlif yerlərdən eyni israrlı xahişini təkrarladı. Nəhayət,
mən payızın sonlarında
Karlsrue
də konsert verərkən onun can atdığı görüş üçün
vaxt və yer təyin etdim. Buna heç bir cavab gəlmədi. Ümumiyyətlə, daha bu qəribə
və narahat dostumdan həyat əlamətləri almadım. Onun qaldığı yer də naməlum
olduğu üçün aramızdakı əlaqələri tamamilə bitmiş hesab edirdim. Yalnız uzun
illər sonra onun hədsiz çətin vəziyyətinin sirri məlum oldu. Anladım ki, o, fon Qu-
aita ilə arasında olan münasibətlər barədə həqiqəti mənə açmağa utanırdı. Məlum
olmuşdu ki, Quaita onun üzərində ehtimal etdiyimdən daha çox hüquqa malikdir.
İndi çıxılmaz vəziyyətə düşəndə də o, özünə həqiqətən sadiq qalmış bu adamın
yanında sığınacaq tapmağa məcbur idi. Onun Quaita ilə gizlincə evləndiyini, iki
uşaqla Reyndəki kiçik mülkdə sakit həyat sürdüyünü öyrənmişdim. O, nəinki te-
atrdan, həm də bütün dünyadan uzaqlaşmışdı.
49
Hələ də təntənəli surətdə və böyük səylərlə hazırladığım iş üçün lazım olan
sakitliyi tapa bilmirdim. Evimdən edilən oğurluq və Moskva musiqiçilərinin ba-
ğışladığı qızıl tütünqabının bu oğurluğun qurbanı olması məndə yenidən it sax-
lamaq istəyini oyatdı. Lütfkar qoca ev sahibim çoxdan etinasız yanaşdığı yaşlı ov
itini mənə güzəştə getdi. Bu, ömrümdə qarşılaşdığım ən mehriban və möhtəşəm
heyvanlardan biri idi. Pol adlı yeni itimlə hər gün uzaq piyada gəzintilərə çıxır-
dım. Gözəl ətraf mühit buna imkan yaradırdı. Çox tənha yaşayırdım. Belə ki, Ta-
uziq uzunmüddətli və ağır xəstəliyi ucbatından yatağa düşmüşdü, Korneliusun
isə Pensinqə gedəndə omnibusdan ehtiyatsız düşdüyü üçün ayağını yaralamışdı.